Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Sebastyan Japrizo “Küllücə üçün tələ”

sebastyan-japrizo-kulluce-ucun-tele-sebastian-japrisot-trap-for-cinderella-kkoAnnotasiya

“Küllücə üçün tələ” (fransızca “Piège pour Cendrillon”) – Yazıçılıq fəaliyyətinə 17 yaşında başlayan və Cerom Selincerin əsərlərini fransız dilinə tərcümə edən məşhur fransız yazıçısı, ssenarist və rejissoru Sebastyan Japrizonun “Küllücə üçün tələ” adlı ikinci romanı 1963-cü ildə Fransanın “Grand Prix de Littérature policière” ədəbi mükafatına layiq görülüb. Roman 1965 və 2011-ci illərdə ekranlaşdırılıb.

Əsərdə yanğın zamanı aldığı zədələr nəticəsində yaddaşını itirən gənc qız kim olduğunu araşdırmağa başlayır.

Qeyd edək ki, yazıçının əsl adı Jan-Batis Rossidir (Jean-Baptiste Rossi). Təxəllüs kimi götürdüyü Sebastyan Japrizo (Sébastien Japrisot) ismi əsl adının anaqramıdır.

Karandaşın izi ilə

Biri var idi, biri yox idi. Üç qız var idi – birinci Mi, ikinci Do, üçüncü Lya. Onların gözəl ətirli xaç anaları var idi. O heç vaxt öyüd-nəsihəti ilə uşaqların baş-beynini aparmazdı. Qızlar onu “Midolya” çağırırdılar.
Qızlardan ən gözəli Mi, ən ağıllısı Do idi. Lya isə tezliklə öləcəkdi.

***

Şəkilli jurnalları bəzəyən uzun saçlı gənc şahzadənin yaşıdı, iyirmi yaşlı Do hər yeni il bayramında naməlum şəxsdən hədiyyə kimi Florensiyada tikilən tufli alırdı. Bəlkə bu səbəbdən o özünü Küllücə hesab edirdi.

***

Ürəyim nə qədər istəyir, ona nifrət edə bilərəm. Nifrətdən boğulan ki özüm olacam.

***

Özü də heç kim sənin qəlbinin olmadığını söyləmir. Ola bilsin, özünü bədbəxt hiss edirdin. Bu, özünü mənasız qəzəb tutmalarında, son iki ildə isə yalnız qalmamaq üçün kimlə gəldi birlikdə olmaq ehtiyacında özünü göstərib. Bəlkə də ürəyinin dərinliyində ətrafında olan hər şeyin yalan olduğunu düşünürdün. On üç yaşımız olanda bunu cürbəcür gözəl sözlərlə bəzəyirlər: nifrət yanğısı, yetim payı, ana istisinə həsrət. On səkkiz yaşda isə gözəl sözlərin əvəzinə murdar tibb terminləri istifadə edirlər.

***

Heç bir xarici zədə, xəstəliyin heç bir izi yox idi. Amneziya xəstəsinin həqiqətən xəstə olduğunu özündən başqa kim iddia edə bilər ki?

***

Məhz həmin an, yuxu ərəfəsində, şüurun geri çəkildiyi, hər şeyin mümkün olduğu mütərəddid sərhəddə ilk dəfə ağlıma belə bir fikir gəldi: Jannanın mənim barəmdə danışdığı hekayələrdən kənar mövcud deyiləm və Janna yalançı olsaydı, mən də yalan olardım.

***

Heç nə xatırlamadan özüm haqqında o qədər şey öyrənmişəm ki, sağalmağıma inanamıram.

***

Bəlkə arzunu kobud reallıqla məhv etməkdənsə, onu qoruyub saxlamaq yaxşıdır.

***

Kişilər yalnız kişiləri başa düşürlər.

***

Mənim amneziyam həqiqətdən qaçışdır. Yaddaşımın qayıtmamağının yeganə səbəbi ondan ibarətdir ki, mən, yazıq körpə xatirələr yükünü daşımağa razılıq vermirəm.

***

Etmək iqtidarında olmadığınız əməllərlə heç vaxt insanları təhdid etməyin.

***

Keyləşmənin müəyyən bir mərhələsində əzgin və ya sakit olmaq, demək olar ki, eyni şeydir.

***

İnsanın ən yaxşı dostu onun “Mersedesi”dir!

***

Səhv buraxmaq qorxusuna görə heç vaxt oyundan imtina etməyin.

***

Yenidən zülmək çökür. Nəzarətçi qadın arxamdan kameranı bağlayır. Bu kamerada üç kabus yaşayır. Klinikadakı ilk gecə olduğu kimi özümü çarpayımda hiss edirəm. Sakitləşirəm. Daha bir gecə ürəyim istəyən insan ola bilərəm.
İstəsəm, Miki olaram. Öldürmək istəyəcək qədər məhəbbət təlqin edən Miki? Yoxsa başqası?
Özümə Domenika timsalında da dözə bilərəm. Fikirləşirəm ki, məni bir günlük, bir həftəlik, bəlkə də daha uzun müddətə çox uzaqlara aparacaqlar və əvvəl-axır tale üzümə güləcək: mən İtaliyanı görəcəm.

***

Məhkəmə zalından məhkumu müşayiət edən jandarma elə gəldi ki, qadın bir az sakitləşib. Qadın onun Əlcəzairdə xidmət etdiyini tapdı, hətta hansı odekolondan istifadə etdiyini söylədi. Bir vaxtlar onun da bu ətirdən istifadə edən tanışı olub. Yay axşamlarının birində, maşında əyləşdikləri zaman həmin insan qadına bu kişi odekolonun adını deyib. Ətrin adı da özü kimi təsirli və abırsız, bir sözlə, kifayət qədər iyrənc idi: “Küllücə üçün tələ”.

Tərcümə: Lamiyə Göycəyeva

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook