Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Sergey Dovlatov “Əcnəbi qadın”

kko_sergey_dovlatov_ecnebi_qadinAnnotasiya

“Əcnəbi qadın” (rusca “Иностранка”) – roman qeyri-adi yumorla yazılıb. Əsərin qəhrəmanı Marusya Sovet İttifaqında Kommunist partiyasına sadiq bir ailədə doğulub. Təminatlı həyat onu sıxır. Sadəlövhlük onun yolunu Avropaya, oradan isə Nyu-Yorka aparıb çıxarır.

Marusyanın timsalında sovetlərdən gedən mühacirlərin həyatı təsvir olunur.
“Əcnəbi qadın” əsərində bir cümlədə eyni hərflə başlayan iki söz yoxdur.

Karandaşın izi ilə

Bizdə yerli sakinləri nədənsə əcnəbi hesab edirlər.

***

Qəlyanaltıda işləyən çinli məni belə salamlayır:
– Xoş gördük, Soljenitsın!

***

– İçir, dava salır, hansısa abstrakt ədəbsizliklərlə məşğul olur…

***

Özünə rezin möhür sifariş etmişdi: “Yefim Q.Druker, naşir”. Sonra emblem – kitab fonunda lələk qələm – və ünvan. Bununla da pulu qurtardı.

***

Uğur qazanmağın yolunu göstərdi – masajistliyi öyrənmək.

***

– Demokratiyanı bütün vasitələrlə yaymaq lazımdır. Hətta atom bombasıyla!

***

Bəllidir ki, Amerikada eşidilmək üçün sakit danışmaq lazımdır.

***

KQB-dən nələr çəkib başımız,
Unutmarıq o əzablı günləri!
Doğma Amerika – xilaskarımız,
Düşmənlərdən hifz eləsin bizləri!..

***

– Lakin deyirlər, rejissor olmusunuz?
– Olmuşam. Doğrusu, hesab edilmişəm. 67-ci ildə tarif cədvəlində vəzifəmin adı belə olub. O vaxta qədər köməkçi işləyirdim.
– Rejissor köməkçisi?
– Bəli. “Vodka” dalınca qaçanın biri.

***

– Mən klassik əsərləri ekranlaşdırıram.
– Məncə, ümumiyyətlə ekranlaşdırma zibil şeydir!

***

– Təbiət qazanc gətirmir!
– İncəsənət satılmır!..

***

Ümumiyyətlə, mən inanıram ki, yoxsulluq və zənginlik anadangəlmə keyfiyyətdir. Məsələn, saçın rəngi, yaxud musiqi duyumu kimi. Biri yoxsul, digəri zəngin doğulur. Burada pulun heç də günahı yoxdur.

***

Kasıblar bütün hallarda ziyana düşürlər. Kasıbları həmişə cərimə edirlər, hətta itləri nəzərdə tutulmayan yeri batıranda da. Əgər kasıbın qəpik pulu cibindən düşsə, hökmən lükə töküləcək.

***

12 illik Amerika həyatında yalnız bir kitab əldə etmişdi. Kitabın adı maraqlı idi: “Səhər yeməyinə üç yüz dolları necə xərcləmək olar?”…

***

Hər kəsin sürətli nomenklatur yüksəlişi üçün qarantlı məlumatlar var. Bunun üçün dörd primitiv keyfiyyətin olmalıdır. Gərək rus, partiya üzvü, bacarıqlı və ayıq olasan. Nəzərə almaq lazımdır ki, bu keyfiyyətlərin hamısının olması vacibdir. Birinin yoxluğu kombinasiyanı tamam mənasız edir.
Rus, partiyalı, bacarıqlı əyyaş – münasib deyil. Rus, partiyalı və ayıq axmaq – vaxtı keçmiş fiqurdur. Bütün keyfiyyətlərin olsa belə, partiyasızlıq – inam yaratmır. Nəhayət, ayıq, uğurlu yəhudi-kommunist – bu hətta məni qıcıqlandırır.

***

Bir nazirin edamı onlarla vəzifə yerdəyişməsinə gətirib çıxarırdı. Özü də istisnasız olaraq, istiqamət yuxarı idi.

***

Mahiyyətcə, yəhudi – həm soyad, həm peşə, həm də sima deməkdir.

***

Yəhudi oğurlayanda da, özünə lazımını götürür. Rus isə əlinə keçəni.

***

Kürəkənin yəhudi olması faciədir, yəhudi nəvələr isə bəladır!

***

Dima qayğıkeş, ağıllı, nəzakətli idi. Səliqəsizliyi sevmirdi. Hər səhər bloknotunda qeydiyyat aparırdı. Orada rubrikalar vardı – düşünmək, iş görmək, zəng etmək. Bəzən yazırdı: “Vitali Lutsenko ilə salamlaşmamaq”. Yaxud: “Aleşkoviçin ədəbsizliyinə ehmalca susmaq”.
Şənbə günü bir qeyd yazdı: “Maşa”. Bunun mənası – kino, teatr, restoranda şam yeməyi və sevgi demək idi.

***

Düzdür, çoxu məlumatsızdır ki, əgər hər şeyin ilki yaxşıdırsa, bu, artıq fəlakətdir. Deməli, hər şey yalnız fəlakətlə tamamlana bilər.

***

– Heç olmasa doyunca içib keflənərdin!
– Əyyaşlıq könüllü dəlilikdir.
– Heç olmasa məni qısqanardın!
– Qısqanclıq başqasının səhvinə görə özündən intiqam almaqdır.

***

Firavan insan üçün ən ağır sınaq qəfil uğursuzluqdur.

***

Məlumdur ki, nikahda bərabərlik yoxdur. Üstünlük həmişə az sevənin tərəfindədir. Əgər buna üstünlük demək olarsa.

***

Marusya otuz yaşında başa düşdü ki, həyat ləzzətdən ibarətdir. Qalan hər şey pislikdir, nifrət oyadır.
Ləzzət – çiçəklər, restoranlar, sevgi, xarici əşyalar və musiqidir. Pislik – pulsuzluq, məzəmmət, xəstəlik və günah hissidir.

***

Ərin olması kənardakıların gözündə onları tam, bütöv göstərirdi.
Ər mütləq lazım idi. Heç olmasa nifrət obyekti kimi.

***

Əyləncə qaçılmaz günah hissi yaradır. Təmənnasız münasibət alçaldılmaqla nəticələndirildi. Çevrə qapandı…

***

– Gördüm ki, qanadlarım çıxdı. Və bütün şəhərlərin üstündən uçub elektrik lampalarını söndürürəm.
– Lampaları? Aydındır. Freydə görə bu seksual natamamlıqdır. Lampa penis işarəsidir.
– Bəs qanadlar?
– Qanadlar da penis mənasını verir.

***

Həyat deyildi, partiya zəhmətkeşləri üçün sanatoriya idi.

***

Totalitarizmdə klimaks lap erkən başlayır, nəinki demokratik ölkələrdə!

***

Tərcümə kitabları nadir halda bestseller olur. Bibliya istisna haldır.

***

Bosların yanına girdim. Onlar haqqında nə düşündürdüm, söylədim. Dediklərim, hətta koridorda eşidilirdi.
Marusya təəccüb etdi:
– Bu qədər söz ehtiyatınıza malik olmağınıza şübhəm yox idi.

***

Öncə Rafael Marusya üçün peyzaj xüsusiyyətli küçə idi. Əvvəlcə Rafael yer və zaman hadisəsi idi.

***

Sovet İttifaqında gələcək haqqında danışılır. Burada isə yaşayırsan, vəssalam.

***

Doktor! Terrorçular dişləmirlər! Mən rus qadının yanındaydım.

***

Əgər mənim sənə rəhm etməyimi istəyirsənsə, o zaman əvvəlcə sənin alçalmağından ləzzət almalıyam!

***

Dəfələrlə şahidi olmuşam, – kasıblıq adangəlmədir. Zənginlik də eləcə. Hər kəs nəyi çox bəyənirsə, onu seçir.

***

Amerikada ən yaxşı gedən mal illüziyadır…

***

– Diqqət, cənablar! Elə isə, ədalətdən üstün nə ola bilər?
– Hər şey.
– Bəlkə daha konkret olasan?
– Əgər daha konkretsə – mərhəmət…

***

– Sən sadəcə hər şeyi unutmusan. Kobudluq, yalan…
– Moskvada da kobudluq edirlər, amma heç olmasa rusca.

***

– Niyə insanlar arasında kədərlilər xoşbəxtlərdən daha çoxdur?
– Kədərli üçün riyakarlıq etmək asandır.

***

– Əvvəl məni bir qadın kimi sevirdin.
– Hazırda bir insan kimi qəbul edirəm.

***

– Kasetlərdə. Nömrələməklə. Məsələn, sükut nömrə bir: “Dağlarda alatoranlıq”. Məsələn, sükut nömrə beş: “Sevgi yorğunluğu”. Nömrə doqquz: “Xarab olan yerqazan maşının sükutu”. Nömrə qırx: “Aviasiya qəzasından bir dəqiqə sonrakı sükut”. Və ilaxır.

***

Sifətində dünya proletatiatının birliyi var.

***

Mən kirimişdim. Çünki mərifətli şeylərdən danışmağa halım yox idi. Səbəbi hər yerdə zavallı – axmaq, riyakar – məzəli görünməyimizdir. Bu günahdır.
Qısası, susuram…

***

İlahi! Necə də şərəflidir! Layiq olmayan mərhəmət: rus əlifbasını bilirəm!

Tərcümə: Şahbaz Xuduoğlu

5 (100%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook