Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ştefan Svayq “Qəlbin səbirsizliyi”

kko_stefan_shvayq_qelbin_sebirsizliyiAnnotasiya

“Qəlbin səbirsizliyi” – Gözəl, varlı və axsaq bir qızın Avstriya ordusunda xidmət göstərən gənc leytenanta duyduğu sevgi füsunkar və kədərlidir. İmkanlı Kekeşfalva nəyin bahasına olursa olsun, pulla xəstə qızına xoşbəxtlik ala bilmir. Aşiq olmuş qəlb isə incik və səbirsizdir, gözləyə bilmir…

Karandaşın izi ilə

İyrənəcək dərəcədə öz-özünü tanıyırsan.

***

İnsan öz həyatının məqsəd və mənasını başqasına lazım olduğunu anlayanda hiss edir.

***

Bədbəxtlik insanı dəymədüşər edir, fasiləsiz əzab isə ədalətli olmağa mane olur.

***

Mən hər dəfə ayın otuz bir yox, otuz gün olduğunu görəndə böyük rahatlıq keçirən yazıq yoxsul bəndəyəm.

***

Görünür, bu gün səhv diaqnozlar günüdür.

***

O saymağı bacarmır, pul necə qazanılır – bilmir və bu səbəbdən böyük var-dövlətə layiq deyil.

***

Riskdən qorxmayanların köməyinə tez-tez təsadüf gəlir.

***

Aldatmaqdansa aldanılmağa icazə vermək.

***

Bir dəfə tovlanmış insana inamını qaytarmaq üçün çox əmək sərf etməlisən.

***

İnsanın düşdüyü ümidsizlik nə qədər dərindirsə, onun xoşbəxtliyə susamış ürəyinin fəryadı bir o qədər şiddətlidir.

***

Taleyin bir dəfə amansızcasına yaraladığı insan, həmişəlik tez yaralanan olur.

***

Qəbulu mümkün olmayan fədakarlıqlar var.

***

İnsan ədalətli cəza verirsə, ona zorakılığı bağışlayırlar.

***

Vicdan xatırlayırsa, demək, heç bir günah unudulmayıb.

***

Əksliklərin uğurlu vəhdəti harmoniya üçün daha əlverişli şərtdir. Həmişə başlanğıcda təəccüb doğuran sonralar tamam təbii görünür.

***

Yalnız ölçüyə gəlməyən və əhatə olunmayan bizi qorxudur.

***

İki cür mərhəmət var. Biri aciz və ürəkləri riqqətə gətirən. Bu, məna etibarilə, başqasının bədbəxtliyini görəndə ağırlıq bəxş edən hissdən daha tez canını qurtarmaq istəyən qəlbin səbirsizliyidir. Bu mərhəmət deyil, bu, sadəcə öz rahatlığını yaxınının əzablarından instinktiv qoruma istəyidir. Ancaq başqa mərhəmət də var – əsl, heyfsilənmək əvəzinə fəaliyyət tələb edən mərhəmət. O, nə istədiyini bilir, qəti qərarlıdır, əzab çəkib və rəhm edərək insan qüvvəsi və hətta ondan da çoxu iqtidarında olan hər şeyi edir.

Tərcümə: Lamiyə Göycəyeva

4.5 (90%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook