Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Erix Maria Remark “Lissabonda bir gecə”

kko_erix_mariya_remark_lissabonda_bir_geceAnnotasiya

“Lissabonda bir gecə” qəhrəman-nağılçı dilindən nəql edilir. Nasistlərdən canını qurtaran qəhrəman sevgilisi Rutla Lissabona gəlib düşür. Burada o, hər yolla Amerikaya viza və ABŞ-a yola düşən paroxoda bilet almağa cəhd göstərir. Və hər dəfəsində uğursuzluğa məhkum olur. 1942-ci ilin gecələrinin birində o sahildə paroxoda biletləri ona havayı verməyə hazır olan yad bir kişi ilə tanış olur. Ancaq həmin kişinin bir şərti var: bu gecəni onunla keçirməli və onun danışdığı hekayətə qulaq asmalıdır. Bu hekayə həmin kişinin həyat dramıdır.

 

Karandaşın izi ilə

Xoşbəxtlik…Sıxılaraq xatirələrin qəlibinə necə düşür! Yuyulandan sonra ucuz parça kimi.

***

Xatirələr həmişə zamanın bizdən aldığı yaxşı şeylərə görə və bizim düzəldə bilmədiyimiz pis şeylərə görə təəssüfdür.

***

Hər şey hisslərə bürünübsə, zamana yer qalmır. Sanki o biri sahilə, sərhəddən kənara çatırsan.

***

Maşınlar haqda bir onu bilirəm ki, onlara benzin lazımdır.

***

Bu nə sevgi hekayəsidir! Evlisiniz, ancaq subay kimi yaşamalısınız. Adətən tərsinə olur.

***

Zəriflikdə nəsə kədər var idi və kədər zərifliyi daha da çoxaldırdı.

***

Xoşbəxtlik sevgilinin saf və gözəl simasının əks olunduğu güzgüdürsə, onda xoşbəxt idim.

***

Ziddiyyətlər dövründə yaşayırıq. Sülhün qorunması naminə müharibə aparmalıyıq.

***

– Daha nəyimiz qalıb?
– Ağaclarda almalar, hava, qızılı oktyabr və arzularımız.

***

– Pəncərədəki pişiyə bax. Heç nədən şübhələnməyən quş isə nəğmə oxuyur. Gələcək qurban şənlənir!
– Pişik heç vaxt onu cırmaqlamaz. Qəfəs quşu yaxşı qoruyur.
– Qəfəs qoruyur! Qəfəsdə təhlükəsizlik kimə lazımdır ki?

***

Tənhalıq kimliyi ilə maraqlanmadan özünə yoldaş axtarır. Bunu anlamayan heç vaxt tənha olmayıb. Olsa-olsa uedinenie(?).

***

Biz heç vaxt görüşməyəcəyik. Və bu yaxşılığadır. Sizə o qədər çox şey demişəm ki, sizinlə yenidən görüşmək istəmirəm.

***

Sıxılmış limona oxşayırdım. Gücüm tükənirdi. Tənhalıq soyuğuna bundan sonra da tab gətirmək üçün təkcə kor yaşamaq yanğısı az idi.

***

Siyasətdə bəlağətli sözlərlə barışırıq. Duyğular aləmində isə yox. Təəssüf ki, yox. Barışsaydıq, daha yaxşı olardı.

***

Bizim təxəyyül gücümüz bir qədər çox olsaydı, müharibə vaxtı könüllülərin sayı az olardı.

***

– Bu nə həyatdır?
– Mənim sürdüyüm həyat. Heç yerdə qala bilmirsən, başını soxmağa koman olmur, həmişə elə hey qaçırsan. Emiqrant həyatı. Hind dərvişinin yaşayışı. Müasir insanın yaşayışı. Bilirsənmi emiqrantların sayı qat-qat çoxdur? Hərdən onların sırasına heç vaxt öz yerlərini tərk etməyənlər də qoşulur.
– Elə də pis səslənmir, – Elena dedi. – Bu hər halda meşşan ətalətindən yaxşıdır.

***

Mənə İndoneziyada vaxt keçdikcə guya addəyişmə kimi adət olduğunu danışmışdılar. İnsan əvvəlki “mən”indən yorulduğunu hiss edəndə özünə yeni ad seçir və yeni həyata başlayır. Yaxşı ideyadır.

***

Həmişə iki həqiqət olur: biri ilə başını tutub irəli atılırsan, o biri isə hər şeydən əvvəl özünü düşündüyün təhlükəsiz gedişə bənzəyir.

***

Ümumiyyətlə, sevəndə çoxlu sual verilir. Bu azmış kimi cavabların məğzini də qurdalamağa başladınmı, o tez keçir.

***

– Yaddaşımız yalan danışaraq sağ qalmaq üçün imkan yaradır. Dözülməzin üstünü unutqanlıqla örtərək onu yumşaltmağa çalışır.
– Bu unutqanlıq deyil. Bu yarıröyadır. Bir təkan kifayətdir ki, hər şey bir anın içində yenidən canlansın.

***

Yenidən nə vaxtsa birlikdə olsaq, güc və özümüzdə inam tapmaq üçün səs-küylü Münster restoranındakı bu ana qayıdacağıq. O baxıb iki obraz görə biləcəyimiz güzgü olacaq: taleyin bizdən düzəltmək istədiyi və həqiqətən onun əlinin altında nəyə çevrildiyimiz.

***

Əbədi səhnə! Zorakılıq xidmətçiləri, onların qurbanları və yanlarında – həmişə – üçüncü qurbanı azad etmək, qorumaq üçün barmağını belə tərpədə bilməyən izləyici. Çünki öz dalına görə qorxur. Bəlkə elə məhz buna görə onun dalı həmişə təhlükədədir.

***

Xoşbəxtlik ölübsə, o artıq dəyişə və peşmanlıq şəklində yenidən doğula bilməz. O əvvəlki kimi mükəmməl qalır. Və əgər indi yenidən onu çağırıramsa, məgər o gördüyüm kimi qalmalı deyil? Məgər o mən var olduğum müddətdə var olmamalıdırmı?

***

Yaddaşımız muzeydə üstünü toz basmış fil dişindən hazırlanmış mücrü deyil. Bu məxluq yaşayır, yeyir və həzm edir. O, mövcudluğumuz və məhv olmamağımız üçün əfsanəvi simurq quşu kimi özünü də oda atır.

***

Pisliyin kökünü kəsəndə heç bir hökm gərək deyil.

***

Artıq hər yerdə vəba kimi müharibənin də özü ilə gətirdiyi şəxsiyyətə hörmətin itirilmə mühiti hökm sürürdü. İnsanlar artıq insan deyildi, onlar sırf hərbi mükəlləfiyyətlərə görə bölünürdü: əsgərlər, hərbi xidmətə yararlı və yararsızlar, düşmənlər.

***

Elena başını çiynimə qoyub yatırdı. Yuxuda sakitcə mənlə danışırdı. Gah uşaq sayıqlaması, gah da sevgili pıçıltısı ilə. Gün işığından qorxan, adi sakit həyatda gecələr belə nadir halda dilə gətirilən sözlər, kədər və vidalaşma sözləri, ayrılmaq istəməyən iki bədənin həsrəti, dərinin və qanın həyəcanı, ağrı və əbədi şikayət sözləri – dünyanın ən qədim şikayətləri. İki nəfərin birlikdə ola bilməyib, birinin birinci gedəcəyinə, ölümün sakitləşmədən yorğunluğun bizi ağuşuna alıb bir saatlıq olsa belə əbədi xülyada tərki-dünya olmağı arzuladığımızda da hər saniyə yanımızda şikayətlər.

***

Sizə yazmağa başlasaydı, heç vaxt dayana bilməyəcəkdi. O, yazmamaqla sizə istənilən sözdən çox şey deyib.

***

– İndi sözlərin nə əhəmiyyəti var ki? Bu olub. Məgər bu kifayət deyilmi?
– Bu olub. Amma hələ də varmı?
– Siz var olduqca o da olacaq.

***

Yaddaşım xatirələri istər-istəməz dağıtmağa cəhd göstərəcək. Məni sonrakı mövcudluğuma alışdırsın deyə xatirələri təhlükəsiz edib, onu sındırmağa, yalvartmağa, təhrif etməyə başlayacaq.

***

– Özünüzlə gətirdiyiniz oğlan uşağı necə oldu?
– Dayısının ondan zəhləsi gedir, ancaq oğlan xoşbəxtdir. Ən azından ona nifrət edən ailəsindən bir nəfərdir, yad adam deyil.

***

– Yaşamaq üçün daha nə qədər vaxtımız qalıb? – birdən Elena soruşdu.
– Ayıq-sayıq olsaq, bir il, bəlkə də il yarım.
– Bəs olmasaq?
– Bircə yay.
– Gəl olmayaq.
– Yay elə qısadır ki.
– Belə de. Yay qısadır. Yay qısadır və həyat da qısadır. Bəs onu qısa edən nədir? Onun qısa olduğunu bilməyimiz? Məgər səfil pişiklər həyatın qısa olduğunu bilir? Bəs quşlar necə? Kəpənək? Onlar elə bilirlər ki, həyat əbədidir. Heç kim onlara bunu deməyib. Bəs bizə niyə deyiblər?
– Bu sualın cavabı çoxdur.
– Heç olmasa birini de.
– Onlardan biri – həyat əbədi olsaydı, dözülməz olardı.
– Fikirləşirsən ki, o cansıxıcı olardı? Tanrıların həyatı kimi? Du düz deyil. O birini de.
– Həyatda bədbəxtlik xoşbəxtlikdən daha çoxdur. Onun əbədi olmaması sadəcə mərhəmətdir.
– Bütün bunlar yalandır. Bütün bunları ona görə deyirik ki, həyatın əbədi olmadığını bilirik. Və heç nəyi tutub saxlaya bilmirik. Bunda heç bir mərhəmət yoxdur. Onu özümüz uydurmuşuq. Uydurmuşuq ki, ümid edək.
– Yenə də buna inanmırıqmı?
– Mən inanmıram.
– Ümidə də?
– Heç nəyə.

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook