Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Xalid Hüseyni “Min möhtəşəm günəş”

kko_xalid_husseyni_shefeq_sachan_min_guneshAnnotasiya

“Min möhtəşəm günəş” (ingiliscə “A Thousand Splendid Suns”) – Əfqan-amerikan yazıçısı Xalid Hüseyninin 2007-ci ildə çapdan çıxmış ikinci romanı. Əsərdə yolları kəsişən iki əfqan qadının həyatı, mübarizəsi, dostluğu təsvir olunub.

Karandaşın izi ilə

Dua et, onlar səni yarı yolda qoymaz. Allah kəlamlarında sadiq hami qazanacaqsan.

***

Kişi qəlbi ikraha layiqdir.

***

Evlilik gözləyə bilər, təhsil isə yox.

***

O, onlara hörmət qoyduğundan, onlar da ona hörmət edirdilər.

***

Boş-boş gözləmək… Heç nə bu qədər əzab vermir.

***

Əgər bir qrup insan digərlərini belə uzun müddət idarə edirsə… incikliklər üst-üstə yığılır. Rəqabət, düşmənçilik yaranır. Bu hər yerdə, həmişə belə olub.

***

Qalib gələ bilmədiyin yeganə düşmən elə sən özünsən.

***

Yalnız keçmişlə bağlı xatirələrlə yaşamaq olmaz axı…

***

Ananın ürəyi, Leylanın izlərini qorumağa çalışan ucsuz-bucaqsız bir çimərlik kimidir. Təəssüf ki, qəm dalğaları o izləri yuyub aparır.

***

Sirrini küləyə etibar edib, ağacları günahlandırma.

***

– Sən axı özün də bilirsən.
– Nəyi bilirəm?
– Mənim üçün yalnız sən varsan… SƏN!

***

Sənə görə öldürməyə də hazıram.

***

Zaman amansızdır, yaddaş isə mükəmməl deyil.

***

Sərxoşun oduna ayıq da yanır.

***

Atalar seçilmir.

***

İnsanın həmişə itirəcəyi nəyisə var.

***

Bədəninə ilan sarınmış da yata bilər, ancaq ac yox.

***

Həyatımız sakit və xoşbəxt olacaq. Biz buna layiqik.

***

Kişilər aləminin bir günahkarı var – QADINLAR!

***

Bircə sən döy. Bu dəfə qapıları üzünə taybatay açacam. Nəinki qapıları açmaq, səni bağrıma basıb zəif ürəyimə sıxacam. Bunun nə vaxtsa baş verəcəyinə bəslədiyim ümid kimi zəif olan ürəyimə.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram