Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yu Nesbo “Qızılgərdan”

Annotasiya

“Qızılgərdan”(norveç dilində “Rødstrupe”)- Osloda sammit zamanı güllə ilə vurulan amerikalı xüsusi agentlə bağlı qalmaqalı ört-basdır etmək üçün polis müstəntiqi Harri Holeni Təhlükəsizlik Xidmətinə keçirirlər. Hole orada gizli silah ticarətçiləri ilə neonasistlər qrupu arasında əlaqəni üzə çıxartmalıdır. Harri olduqca şübhəli bir əlaqənin izinə düşür. Fövqəladə instuisiyaya və məntiqə sahib olan Harrinin həmkarı Ellen Yeltenin cinayətin izinə düşməsi ona həyatı bahasına başa gəlir, lakin inspektor Harri Hole təhqiqatı davam etdirir.

Karandaşın izi ilə

Müharibə, iqtisadi və ya ekoloji fəlakət – ən cəsur adamları sadə istehlakçıya döndərən bütün bu qanunlar və qaydalar sistemi həmən çökəcək.

***

Ədalət qurbanlar tələb edir.

***

Qısa qırxılmış saçları onu toppuza və “Cangüdən” filmində Kevin Kostnerə oxşadırdı. Möller “Cangüdən”ə baxmamışdı. O, on beş ildir kinoda olmamışdı. Çünki tale ona yüksək məsuliyyət hissi, hədən artıq qısa sutkalar və bir də onu heç zaman sona qədər anlamayacaq iki uşaq və arvad vermişdi.

***

-…Sənə görə, əgər yaşı otuzu keçmiş kişi “Son qəhrəman” oyununun bütün iştirakçılarının bioqrafiyasını bilir, lakin bir nəfər də hökumət üzvünün adını çəkə bilmirsə, bu, əladır. Hələ İsrail prezidenti bir yana qalsın.
– Baş naziri.

***

– Sən həmişəki kimi içirsən?
– Minimum səviyyədə.
– Minimum səviyyədə nə deməkdir?
– Əgər ondan az içsəm, məni, sadəcə, restorandan çölə atarlar.

***

Sən bilirsən ki, hər il meşə heyvanlarının altmış faizi qırılır? Altmış faiz! Harri, əgər dayanıb bu haqda düşünməyə başlasan, ağıllı bir şey düşünməmiş özün də o altmış faizə düşərsən!

***

Yel dəyirmanları ilə döyüşməyə dəyməz. Ən azından, yeni vəzifədə və ilk ayda.

***

İndi müharibədir və sizə mənim gələcək planlarımdan danışmaq – bu, gözə kül üfürmək deməkdir.

***

Qisas hissi ilə yeni cəmiyyət qurmaq olmaz.

***

Biz sadəcə olaraq, sadə adamlarda ədalətə inamı qaytarmaq istəyirik. Bunun üçün bəzən bir-iki adamı asmaq lazım gəlir.

***

Öz yerini bilmək çox vacibdir. Həm yuxarılara, həm də aşağılara. Əgər adam buna müqavimət göstərirsə, heç zaman xoşbəxt olmayacaq.

***

Tarixçinin vəzifəsi pərdəni qaldırmaqdır, ittiham etmək deyil.

***

Çoxları hesab edir ki, “yaxşı” və “pis” – bunlar dəyişməz anlayışlardır. Bu belə deyil, zamanla onlar dəyişir.

***

Əgər tarixçilər insan axmaqlarını ittiham etməyə başlasalar, bizim sənətimizdən heç nə qalmaz.

***

Bu, bir daha göstərir ki, müharibə kimi kataklizm dövründə karyera qazana, iş qura bilənlər sülh dövründə xeyli fəal olurlar.

***

– Mən dəqiq bilirdim ki, öləcəm. Özü də inanmadığım iş uğrunda. Mən nə Stalinə, nə də Hitlerə inanmırdım.
– Bəs onda siz nədən Şərq cəbhəsinə getdiniz?
– Mənim on səkkiz yaşım vardı. Mən Qyüdbransdalda uzaq bir kənddə böyümüşəm, orada yaxın qonşulardan başqa, kimsəni görməmişəm. Biz qəzet oxumurduq, bizdə kitab yox idi, mən heç nə bilmirdim.

***

Müharibə zamanı bizdə bir zərbi-məsəl vardı: “Kim tələsmədən seçirsə, düz olanı seçir”.

***

Harri pəncərəyə əyilərək iki bilet istədi.
– Nə isə, filmin mənə xoş gələcəyinə şübhə edirəm, – o dedi.
– Niyə? – Ellen təəccübləndi. – Onu mən seçdiyim üçünmü?
– Avtobusda ağzında saqqız olan qız rəfiqəsinə dedi ki, “Anam haqqında hər şey! filmi əladır.
– Nə olsun?
– Belə qızlar deyəndə ki, film əladır, mənim belə filmlərə baxmaq həvəsim ölür. Bu cür qızlara küçə teatrının komediyasından azca yaxşı bir şey göstərən kimi onlara elə gəlir ki, dərin psixoloji mənası olan bir filmə baxıblar.

***

O, birdən fikirləşdi ki, onlar necə də az tanışdırlar. Bir-birləri haqqında hələ çox şey bilməlidirlər. Həyatında ilk dəfə bu fikir onu qorxutmadı, əksinə – sevindirdi.

***

– Əgər, əslində, söhbət ölümün sığortalanmasından gedirsə, – Harri soruşdu, – niyə “həyatın soğortası” deyirlər?

***

– Niyə buraya bir stul da qoymursan, Harri?
– Adamlar ayaq üstündə duranda daha tez mətləbə keçirlər.

***

Heç bir davranış öz-özlüyündə qeyri-anormallıq əlaməti deyil, onu başqa fəaliyyətlərin kontekstində nəzərdən keçirmək lazımdır. Deyək ki, əksəriyyət adamların aralıq beyninin impulsları özünə bənzərləri öldürməyə imkan vermir. Öz növünü müdafiə etmək təkamüllə diktə edilmişdir. Lakin əgər uzun müddət məşq etsən, bu daxili tormozu aşmaq mümkündür. Onda o zəifləyir. Məsələn, əsgərlərdə. Əgər biz öldürməyə başlasaq, bizdə o normadan kənarlaşmalar meydana gələ bilər. Amma gəlməyə də bilər, necə muzdlu qatillərdə və ya… polislərdə meydana gəlir.

***

– Kim sizə deyə bilər, gerçəklik, əxlaq və etika, əslində, nədir? Psixoloqlar? Hakimlər? Siyasətçilər?
– E-e… – Harri uzatdı. – Hər halda, onlar deyirlər.
– Məhz belə, – Eune dedi. – Əgər siz hesab edirsinizsə ki, onların buna hüququ var, sizin rəyiniz ya tələsikdir, ya da səhvdir. Elə fikirləşərək siz özünüzün əxlaqi dəyərləndirmə haqqınızdan imtina etmiş olursunuz.

***

Eune deyirdi ki, əgər adamda qorxu hissi olmasaydı, o, bir gün belə yaşaya bilməzdi.

***

Uduzanları divara söykəyib güllələmək lazımdır, bu, müharibənin qanunudur.

***

Daniel deyir ki, əgər qadının ürəyini fəth etmək istəyirsənsə, özünü sakit, demək olar ki, soyuq aparmalısan. Bu, milçək tutmaq kimidir. Tam sakit oturmaq və başqa tərəfə baxmaq lazımdır. Sonra milçək səndən daha qorxmamağa başlayıb düz sənin qabağında stolun üstünə oturub yaxına gəlir və elə bil sənə onu tut deyir – onda ildırım sürətiylə hərəkət etmək lazımdır – qərarlılıq və özünə inamla. İnam hər şeydən vacibdir. Çünki milçəklər sürətlə deyil, inamla tutulur.

***

Sui-qəsdlər də yoluxucudur…

***

Mən ensiklopediyada oxumuşam ki, hələ də bəlli deyil, nəyə görə bu quş hətta bir yerdə dayanarkən quyruğunu tərpədir. Bu, sirdir. Yalnız hamının yüz faiz əmin olduğu bir şey var. O da odur ki, bu quş quyruğunu titrətməyə bilmir…

Tərcümə: Sabir Sadıqov

2.9 (58.75%) 16 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram