Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Lev Tolstoy “Etiraflarım”

kko_lev_tolstoy_etiraflarimAnnotasiya
Lev Tolstoyun “Etiraflarım”ı – çox qiymətli bəşəri sənəddir. Burada o, öz həyat yolunun, həqiqət hesab etdiyi həyat yolunun mənasını tapmağa cəhd göstərmişdir

Əsərdən seçilmiş hissələr

Heç bir şey bir kişinin mənliyini yaxşı ailə tərbiyəsi almış bir qadınla quracağı yaxınlıq qədər inkişaf etdirə bilməz.

***

Və bütün dəlilər kimi mən də özümdən başqa hər kəsə dəli deyirdim.

***

Bu suallar təxirə salına bilməzdi və təcili olaraq cavablanmaları vacib idi. Onlara cavab tapa bilmədiyim halda yaşamağım imkansız idi.

***

Bir pəri gəlib mənə arzularımı həyata keçirməyi təklif edərsə, mən də nə istəyəcəyimi bilmirdim.

***

Sərxoşluq anlarında bir arzu deyil, ama köhnə arzularımdan qalmış bir vərdiş kimi bir şey hiss etsəm də, ayıq olduğum anlarda bunun bir vahimədən ibarət olduğu və həqiqətdə arzu ediləcək heç bir şeyin olmadığını bilirdim.

***

Nə istədiyimi özüm də bilmirdim, həyatdan qorxurdum, həyatdan qaçıb uzaqlaşmaq istəyirdim, amma yenə də həyatdan bir şeylər gözləyirdim.

***

Həyatın mənasını anlaya bilməzsən, ona görə də düşünmə, sadəcə yaşa.

***

Bir insanın özünün kim olduğunu anlaya bilməsi üçün əvvəlcə bir-birini anlamayan özü kimi insanlardan ibarət bütün o sirli insanlığı anlamağı gərəkdir. Etiraf etməliyəm ki, bir zamanlar buna inanmışdım.

***

Sən “həyatım” dediyin şeyin hissələrinin təsadüf nəticəsində bir yerə toplanmasından əmələ gələn müvəqqəti bir nəsnəsən.

***

Biz həqiqətə aşiq olanlar həyatda nə üçün mübarizə aparırıq?-Özümüzü bədəndən və onun yol açdığı bütün pisliklərdən qurtarmaq üçün! Onda ölüm bizə gəldiyi zaman nə üçün xoşbəxt olmayaq?

***

Bizlər bu həyatda arzumuzdan başqa heç bir şeyik və ondan başqa bir şey də tanımırıq.

***

Böyük savadlılıqda böyük kədər olar və savadını artıran kədərini də artırar (Süleyman).

***

Get,indi,səni xoşbəxtliklə sınayacağam.

***

Sonra əllərimin yaratdığı bütün o işlərə baxdım, əmək sərf edərək meydana gətirdiyim əsərlərə, bir də nə görsəm yaxşıdır, elədiyim hər iş boş idi və ruhuma sıxıntı verirdi. Yer üzündə onlardan əldə edəcəyim bir qazanc yox idi. Və qayıdıb ağıllılığa, dəliliyə və axmaqlığa baxdım. Bunu hər kəsin başına gələ biləcəyini anladım. Sonra qəlbimdə belə dedim:-“Bu axmaqların başına gəldiyi kimi mənim də başıma gəldi, o halda mən niyə hamıdan ağıllı olmalıyam ki?” Sonra qəlbimdə dedim ki, bunun da bir mənası yoxdur, çünki ağıllılar axmaqlardan sonsuza qədər daha çox xatırlanacaqlar deyə bir şey yoxdur. Ağıllı adam necə can verir?-Axmaq adam necə can verirsə,elə! Buna görə də yaşamaqdan nifrət etməyə başladım…

***

Yaşayanlar içində olanlar üçün ümüd vardır. Çünki canlı bir it ölü bir aslandan hər zaman daha yaxşıdır.

***

Həyat olmamağı gərəkən şeydir-bir pislik; heçliyə gedən keçid-həyatda yaxşı olan tək şeydir!

***

Min arvadı olan hər bir kişi üçün bir dənə də arvadı olmayan min kişi vardır.

***

Əgər nəyin ən yaxşı olduğunu bilirəmsə və bu yaxşının mənim gücüm daxilində olduğunu,o halda niyə o ən yaxşı olana təslim olmayım?

***

Yaşamaq- həyatın bizə oynanan pis bir zarafat olduğunu bildiyimiz halda yaşamağa davam etməkdir.

***

Həqiqətən də elə görünür sanki həyatlarının mənasını anlayırmışlar kimi-çünki anlamadan yaşaya bilməzdilər.

***

Yaşamın pis və mənasız olduğunu uzun müddətədən bəridir bilməyimə baxmayaraq, mən özüm yaşamağa davam edirdim.

***

Kiməm mən? Sonsuzun bir parçası. Elə bütün məsələ bu iki sözün altında yatır.

***

İnsanlar işıqdansa qaranlığı daha çox sevirlər. Çünki törətdikləri bütün əməllər pis əməllərdir.

***

O insan ki pislik edir..işığa nifrət edir və elədikləri üçün azar eşidəcəyi qorxusuyla işığa gəlməz.

***

Əgər mən varamsa, bunun bir səbəbi var və o səbəbin də başqa səbəbləri olmaq məcburiyyətindədir.

***

Mən onsuz mövcudluğun var olmayacağı varlığı axtarıram.

***

Hər insan yer üzünə Tanrının iradəsiylə gəlmişdir. Tanrı da elə bir formada yaratmışdır ki, insan öz ruhunun məhvinə, ya da qurtuluşuna səbəb ola bilər. İnsanın həyatdakı vəzifəsi ruhunu xilas etməkdir və bunu edə bilməsi üçün də “dindar” bir həyat yaşaması gərəkdir. “Dindar” bir həyat yaşaya bilməsi üçün də həyatın bütün zövqlərini tərk etməli, bir işdə alın təri tökməli, acı çəkməli və mərhəmətli olmalıdır.

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram