Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

ilk & son

Paylaşdığımız bütün əsərlərin ilk və son cümlələrini azərbaycan dilində təqdim edirik. Kitabqurdlarının tendensiyasına əməl etmək müqəddəs borcumuzdur.

Əsər İlk cümlə Son cümlə
Cek London “Əcdadların harayı” Qədim sərsəri duyğular
Qırır adət zəncirini.
Vəhşi qalxıb yuxusundan
Tutur yenə öz yerini.
O, öz qardaşlarından yüksələrək solğun ay işığı və sayrışan zəngulələrin şimal şəfəqində qaçır və var qüvvəsi ilə dünyanın hələ gənc olduğu keçmiş əyyamlarımların – canavar sürüsünün nəğməsini oxuyur.
Rabindranat Taqor “Qora” Sarbon ayı idi. Qora, qoy Biyonun dalınca adam göndərim.
Xalid Hüseyni “Çərpələng uçuran” Bugünkü kimliyimi 1975-ci ilin şaxtalı, çiskinli gününə borcluyam. Mən qaçırdım.
Etel Voyniç “Ovod” Artur Pizadakı ruhani seminariyası kitabxanasında bir yığın dini moizələr əlyazmasını gözdən keçirirdi. O, başqa izahatlardan heç də pis deyildi.
Jorj Sand “İndiana” Payızın sonu, yağışlı və soyuq axşamlardan birində kiçik De-la-Bri qəsrinin üç sakini buxarının ətrafında fikirli halda əyləşib közərən kömürə baxır və asta-asta hərəkət edən saat əqrəbini qeyri-ixtiyari izləyirdilər  – Əlvida, – dedilər, – cəmiyyət içinə qayıdın, yox əgər o nə vaxtsa sizdən üz döndərsə, hind komamımızı yada salın.
Nodar Dumbadze “Mən, nənəm, İliko və İllarion” Mənim kəndimdən sağ tərəfdə Qubazouli çayı, sol tərəfdə isə yengəclər, xulbalıqları və ayaqyalın oğlanlar qaynaşan kiçik Laşe çayı axır. Arxaya baxmırdım, amma bilirdim ki, bu Meridir, otağı nurla dolduran Merim. Sonra hər halda çevrildim. Bu işığı və onun şüalarında İlikomu, İllarionumu və nənəmi görmək üçün çevrildim.
Onore de Balzak “Qorio ata” Qızlığında de Konflan familiyasını daşıyan qocalmış dul arvad Voke qırx ildən bəridir Parisdə Latın məhəlləsi ilə Sen-Marso qəsəbəsi arasındakı Nev-Sent-Jenevyev küçəsində bir ailə pansionu saxlayır. O, kübarlar dünyasına meydan oxuyaraq ilk addımını atdı: Delfina de Nusingenin evinə nahar etməyə getdi.
Ceyn Ostin “Düşüncənin dəlilləri” Somersetşirdə yerləşən Kellinç-hollun sahibi Ser Uolter Elliot elə bir adam idi ki, “baronetlər kitabı”-ndan başqa heç bir kitabı öz xoşu ilə əlinə almazdı. O, dənizçi arvadı olması ilə fəxr edirdi, amma vətənpərvərliyindən çox evcanlılıq hissi ilə seçilən bu peşəyə aid olmasının haqqını narahatçılıqla ödəməli idi.
Emili Bronte “İldırımlı təpələr” İndicə ev sahibimin – burda məni bezdirəcək yeganə qonşumun yanından qayıtdım. Mən bu xeyirxah səma altında qəbirlərin ətrafında gəzirdim; süpürgə kolunda və zənglərin ətrafında uçan kəpənəklərə baxırdım, otluqda küləyin zərif nəfəsinə qulaq asırdım – bu dinc torpaqda yatanların dinc yuxusunun olmamasını düşünən insanlara heyrət edirdim.
Viktor Hüqo “Səfillər” 1815-ci ildə Şarl-Fransua-B’envenü Miriel Din şəhərinin yepiskopu idi. O yatır… Qovmuşsa da, tale qəddarcasına.
Yaşamış… Atmışsa da, mələk qəm dəryasına.
Öldü. Vaxtı çatanda əcəl apardı onu.
Necə ki axşam çökür, yetir gündüzün sonu.
Qurban Səid “Əli və Nino” Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx tələbə idik. Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı.
Stefani Mayer “Alatoranlıq saqası – Alatoranlıq” Əvvəllər ölüm barədə ciddi düşünməmişəm, halbuki son aylar ərzində bunun üçün kifayət qədər səbəbim olub. Soyuq dodaqlar yenidən boynumdan yapışdı.
Stefani Mayer “Alatoranlıq saqası – Sübh” Ölüm ayağında olmaq mənim üçün yenilik deyil – lakin bu nə vaxtsa alışa biləcəyimiz təəssürat deyil. Və biz əbədiyyətimizin kiçik, lakin mükəmməl hissəsindən zövq almağa davam edirdik.
Stefani Mayer “Alatoranlıq saqası – Tutulma” Toqquşmadan qaçmaq mümkün olmadı. Ceykob Bleki arxada qoyub, maşının sürətini artırdım.
Stefani Mayer “Alatoranlıq saqası – Yeni ay” Doxsan doqquz tam doxsan doqquz faiz əmin idim ki, yatıram. Taleyimin ayrılmaz parçası ilə qismətimi qarşılamaq üçün çiyinlərimi düzəldib irəli yeridim.
Qurban Səid “İstanbullu qız”  – Frölayn Ənbəri, bu “i” haqqında nə deyə bilərsiniz? Biz səni Bremendə gözləyirik, yaradılışdan ölümə olan yolu, Allah tərəfindən yazılmış yolu, axmağın qorxu ilə, cəsurun qururla, müdrikin isə gülümsəyərək keçdiyi yolu birlikdə təbəssümlə getmək üçün.
Rabindranat Taqor “Köçəri quşlar” Gəldi-gedər yay quşları pəncərəm önündə yığışıb nəğmələrini oxuyur, uçub uzaqlara gedirlər.
Nəğməsiz sarı xəzan yarpaqları isə titrəşə-titrəşə yerə tökülür, ah-zar edə-edə mənimlə qalırlar.
Qoy mənim son sözüm bu olsun: – Sənin eşqinə inanıram.
Susanna Tamaro “Ürəyinin çağırdığı yerə get” Getdiyin gündən iki ay keçdi və iki aydan bəri yaşadığını bildirən bir təbrik açıqcasından başqa səndən heç bir xəbər almadım. Dur, səssizcə dur və ürəyini dinlə. Səninlə danışdığı zaman qalx və ürəyinin apardığı yerə get.
Paulo Koelyo “Zair” Qadın: Ester, hər an hərbi əməliyyatların başlaya biləcəyi İraqdan yenicə qayıtmış müxbir, otuz yaşı var, evlidir, uşağı yoxdur. Ayağa qalxdım, Esterin çiyinlərindən tutdum, mənə xeyir-dua verildiyi kimi  mən də ona xeyir-dua verdim.
Erix Mariya Remark “Zəfər tağı” Qadın düz Ravikin üstünə gəlirdi. Elə qaranlıq idi ki, heç «Zəfər tağı» da görünmürdü…
Xalid Hüseyni “”Şəfəq saçan min günəş” Məryəm “harami” sözünü ilk dəfə eşidəndə beş yaşı var idi. Yalnız kişi adları müzakirə olunur, çünki qız olsa, Leyla uşağa hansı adı qoyacağını bilir.
Sesilia Ahern “P.S. Mən səni sevirəm” Holli onun köhnə göy sviterini üzünə yaxınlaşdırdı. O yaşayacaq. Sadəcə yaşayacaq.
Erix Mariya Remark “Üç yoldaş” Səma bürünc kimi sarı idi. Sonra səhər açıldı və o artıq yox idi.
Mixail Lermontov “Əsrimizin qəhrəmanı” İstənilən kitabda ön söz ilk və eyni zamanda son şeydir; o əsərin yazılış məqsədinin izahına və ya tənqidlərə cavab və bəraət qazandırmağa xidmət edir. Daha ondan söz çıxara bilmədim: ümumiyyətlə o, metafizik müzakirələri sevmir.
Nikolas Sparks “Sevimli Con” Əsl məhəbbət nədir? Bir saniyəlik, bir anlıq mənə elə gəldi ki, Savanna ilə yenidən birlikdəyik.
Cülyetta Bençoni “Mavi ulduz” Dan yeri gec ağardı. Ölümü zoraki olmuşdu.
Yanuş Vişnevski “Şəbəkədə yalnızlıq” Əbədi olanlardan ən tez öləni sevgidir. Bu gün o, bütün sevdikləri ilə görüşəcək. Demək olar ki, hamısı ilə.
Georq Ebers “Uarda” Qədim Fivin yaxınlığında Nilin sahilləri genişlənir. Uarda adı xalqın yaddaşında uzun müddət qaldı, çünki ehtiyac və qüssə  içində böyüyən Uardanın özü evsiz-eşiklərin ləyaqətinə toxunmadanhamıdan yaxşı  yardım edə və bir çox bədbəxtlərə hami ola bilirdi.
Paulo Koelyo “On bir dəqiqə” Biri var idi, biri yox idi, Mariya adlı fahişə var idi. Kimsə onun hekayəsini danışmaq fikrinə düşsə, Mariya xahiş edəcək ki, hekayə sehrli nağıllar kimi başlasın: “Biri var idi, …
Cerom Selincer “Çovdarlıqda uçurumdan qoruyan” Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz, mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur. Hətta, mən deyərdim, lap elə o zırrama Morris üçün də. Qəribə işdir. Məndən sizə məsləhət, heç kimdən heç kimə heç nə danışmayın.Yoxsa, sonra siz də mənim kimi o, adamlar üçün darıxacaqsınız.
Oskar Uayld “Dorian Qreyin portreti” Qızılgüllərin kəsif ətri emalatxananı bürümüşdü; bağçadan xəfif yay küləyi qalxanda bu qoxu açıq qapıdan içəri girir, bihuşedici yasəməblə yemişan kollarının al-qırmızı güllərinin zərif rayihəsinə qarışaraq otağa dolurdu. Xidmətçilər onu yalnız barmağındakı üzükdən tanıdılar.
Fransuaza Saqan “Salam, kədər!” Tanış olmayan, hiyləgər həsrətlə məni addımbaşı izləyən hiss… Ona gözəl və əzəmətli kədərin adını verməyə ürəyim gəlmir. Və onda məni nəsə bürüyür, gözlərimi yumaraq “nəsəni” adı ilə çağırıram: “Salam, kədər!”
Rey Bredberi “451° farenheyt” Yandırmaq həzz idi. Bəli, Monteq düşündü, onlara günorta bunları deyəcəm. Günorta… Şəhərə gedəndə.
Ernest Heminquey “Əlvida, silah” Həmin il yayın sonunda kənddə, çayın və düzənliyin, onların arxasından isə dağların göründüyü evdə idik. Bir az sonra çölə çıxdım, pillələri aşağı endim və yağışın altında mehmanxanama getdim.
Albert Kamyu “Taun” Kitabda söylənilən qəribə əhvalatlar 194…-ci ildə Oran şəhərində baş verib. Bu mikroblar on illər boyu ev döşənəcəyi və mitil arasında yuxulayıb yata bilər, otaqda, zirzəmidə, bağlamada, yaylıqda, kağız üstündə gizlənib səbrlə gözləyər və ola bilsin ki, günlərin birində insanlara bəla və dərs vermək üçüb oyanar, xoşbəxt bir şəhərin siçovullarını qırmağa başlar.
Lev Tolstoy “Etiraflarım” Mən xristian dininə uyğun şəkildə xaç suyuna salınmış və tərbiyə edilmişəm. Sanki kimsə mənə deyir: bax, yadda saxla. Və mən yuxudan ayıldım.
Paulo Koelyo “Məktub” “Məktub” “Bu yazılıb” deməkdir. Şair T.S.Eliott yazıb: “Çox yollardan keç, öz evinə qayıt və hər şeyə ilk dəfə baxırmış kimi bax”.
Artur Qolden “Geyşanın xatirələri” Təsəvvür edin ki, sakit otaqda oturmuşuq, bağa baxırıq və  yaşıl çay içərək ötən hadisələrdən danışırıq. Necə olursa olsun, qələbə və məğlubiyyətlərimizin öhdəsindən gəlməliyik, çünki tezliklə yeni dalğa qalxacaq, ancaq bu artıq yeni hekayə olacaq.
Ceyn Ostin “Mensfild park” Təxminən otuz il bundan əvvəl, cəmi yeddi min funtu olan Hantinqdonlu Mariya Uorda Northemptonşir qraflığında yerləşən Mensfild-parkın sahibi Tom Bertramı özünə məftun etməyə və beləliklə baronet arvadı, hər cürə şərait və imkana malik gözəl ev və böyük gəlir sahibəsi mövqeyinə yüksəlməyə müyəssəl oldu. Bu hadisədən sonra onlar Mensfildə köçdülər; və son iki sahibinin dövründə Fanninin həmişə ağrılı sıxıntı yaxud həyəcanla yaxınlaşdığı oradakı pastorat tezliklə onun nəzərində keçmişdə olduğu kimi Mensfild-parkın himayəsi altında olan bütün ərazilər və ətrafdakı hər yer qədər gözəl və ürəyinə yatan oldu.
Erix Mariya Remark “Göylərin sevimlisi yoxdur” Qarşısındakı qar təmizlənmiş yanacaqdoldurma stansiyasında maşını saxlayan Klerfe siqnalı basdı. Boris heç vaxt onu belə gözəl görməmişdi. Və o düşündü ki, Lilian bir insanın xoşbəxt ola biləcəyi qədər xoşbəxt idi.
Paulo Koelyo “Veronika ölmək qərarına gəlib” Noyabrın on biri 1997-ci ildə Veronika qəti şəkildə ölmək qərarına gəldi. Villetin təhlükəsizlik sisteminin çatışmazlıqları haqda hesabat bir az gözləyə bilər.
Qabriel Qarsia Markes “Yüz illik tənhalıq” İlllər keçəcək və polkovnik Aureliano Buendia güllələnməsini gözləyə-gözləyə, divarın dibində dayanaraq buza baxmaq üçün atasının onu da özü ilə götürdüyü axşamı xatırlacayaq. Çünki yüzillik tənhalığa məhkum edilən nəsillər yer üzündə ikinci dəfə gələ bilməz.
Lev Tolstoy “Dirilmə” Xırdaca bir yerə yüz minlərcə yığışan bu adamlar torpağı təpikləsərlər də, nə qədər heç bir şeyin bitməməsi üçün torpağın üstünü daşla örtsələr də cücərən hər otcığazı nə qədər yolsalar da, daş kömür və neft yandırıb nə qədər tüstülətsələr də, nə qədər ağacları doğrayıb, heyvanları və quşları didərgin salsalar da, – bahar, hətta şəhərdə də elə bahardır. Onun həyatındakı bu yeni dövrün nə ilə qurtaracağını gələcək göstərəcək.
İrvinq Stoun “Yaşamaq yanğısı”  – Cənab Van Qoq! – Durmaq vaxtıdır! Overin isti  günəşi buğda zəmiləri arasında güclə nəzərə çarpan qəbiristanı öz şüaları ilə qızdıranda, Teo Vinsentin sıx günəbaxanlarının kölgəsində rahat uyuyur.
Tomas Hardi “D’erbervill nəslindən olan Tess” Mayın ikinci yarısı bir dəfə axşam orta yaşlı adam Şestondan Blekmor, ya da Blekmur vadisi yaxınlığında yerləşən Marlot kəndindəki evinə gedirdi. Güc topalayan kimi ayağa qalxdılar, əl-ələ verdilər və yollarına davam etdilər.
Stefan Şvayq “Qəlbin səbirsizliyi”  “Kimin ki varıdır, ona veriləcək” – hər bir yazıçı Müdriklik Kitabından olan bu sözləri özünə tətbiq edib, onların düzgünlüyünü asanca qəbul edə bilər: kim ki çox danışıb, ona da çox danışılır. Həmin andan etibarən əmin oldum ki, vicdan xatırlayırsa, demək, heç bir günah unudulmayıb.
Paulo Koelyo “Brida” Hər axşamı lurd kafelərindən birində keçirirdik. Ona bu haqda Ay Ənənəsi,  Günəş Ənənəsi danışdı.
Jorj Sand “Konsuelo”  – Bəli, bəli, xanımlar, ürəyiniz istədiyi qədər başınızı bulamaya bilərsiniz: aranızda ən ağıllı, ən yaxşı odur…  – Dostum, siz də istirahətsiz  səyahətə, ağır əməyə hazır olun: qarşıda ya təntənə, ya əzab var
Haruki Murakami “Norveç meşəsi” Onda  37 yaşım var idi, “Boinq 747”-nin sərnişin kreslosunda oturmuşdum. Olmayan yerin ölü mərkəzindən dönə-dönə Midorini çağırmağa davam edirdim.
Uilyam Folkner “Avqust işığı” Yolun qırağında oturub, yamacla üzüyuxarı, ona sarı dırmaşan arabaya baxa-baxa Lina fikirləşir: “Ta Alabamadan gəlirəm; uzun yolmuş. Düz Alabamadan buracan pay-piyada. Çox uzun yolmuş.” Sən bir işə bax, gör adam haralara gəlib çıxa bilərmiş. Alabamadan çıxdığımız heç ikicə ay olmaz, amma indi artıq burda – Tennessidəyik.
Nizami Gəncəvi “Sirlər xəzinəsi” Şəfqətli, ədalətli tanrının adı ki var,
Hikmət xəzinəsini açan açardır, açar.
Sanma hicri tarixi yaddan itən olubdur,
Beş yüz yetmiş ikinci ildə bitən olubdur.
Helen Fildinq “Bricit Consun gündəliyi” Nələri etməməliyəm: Bir il ərzində yaxşı irəliləyişdir.
Nikolas Sparks “Xatirələrə gəzinti” On yeddi yaşım olanda bütün həyatım dəyişdi. Göyə baxaraq gülümsəyirəm, hələ sizə söyləmədiyim bir şeyin olduğunu bilirəm: indi möcüzələrin baş verdiyinə inanıram.
Svetlana Quliyeva “Dalğa” Yenə nə səsdi? Lakin atdığımbu addıma heç vaxt peşman olmayacağam,hətta heç bir şeyə nail olmasam belə, heç olmasa cəhd etdiyim üçün heç bir zaman öz vicdanımdan utanmayacağam.
Qiyom Müsso “Sonra” Adanın qərb hissəsində, bataqlıq sahillərində Sankati Hed gölü gizlənirdi.  Triniti kilsəsinin yaxınlığında Natan addımını yeyinləşdirdi: sevdiyi qadın onu gözləyirdi. Həmişə o qadını sevəcəkdi. Həmişə.
Tomas Hardi “Gözəgörünməz Cud” Məktəb müəllimi kəndi tərk edirdi və hamı, deyəsən, buna təəssüf edirdi. Onu tərk etdikdən sonra heç yerdə rahatlıq tapmırdı və onun arxasınca getməyənədək dinclik tapmayacaq.
Ken Qrimvud “Təkrar” Ceff Uinston öləndə arvadı ilə telefonla danışırdı. Bu illər, 1988-dən 2017-ə kimi davam edən bu tanış və uzun, təkrar-təkrar yaşadığı bu illər ərzində o, əvvəl elədiyi səhvləri bilirdi. Bu dəfə Piter Skyoren and içdi ki, səhvləri təkrarlamamaq üçün əlindən gələn hər şeyi  edəcək.
Lev Tolstoy “Anna Karenina” Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir. Yenə də arabaçı İvana hirslənəcəm, mübahisə edəcəm, fikirlərimi yersiz dilə gətirəcəm, yenə də  qəlbimin müqəddəs guşəsi ilə başqaları, hətta arvadım arasında divar olacaq, yenə də onu qorxularımda günahlandıracam və buna görə  peşman olacam, yenə də dua etməyimin səbəbini dərk etməyəcəm və dua edəcəm, – lakin indi həyatım, bütün ömrüm, başıma nələrin gəlməsindən asılı olmayaraq, həyatımın hər dəqiqəsi –  əvvəlki kimi mənasız deyil, onu doldurmaq iqtidarında olduğum şübhəsiz yaxşılıqdan ibarətdir.
Etel Lilian Voyniç “Qırılmış dostluq” Matəm karvanı yavaş-yavaş qabarmış, gilli kənd küçəsi ilə qəbiristanlığın yerləşdiyi təpəyə qalxdı.  – Lakin… – Moris başladı.
Xulio Kortazar “Xana-xana oyunu” Görəsən, Sibillaya rast gələcəyəm? – Rahiblər daim hər cür şər ruhlarla mübarizə aparmalıdırlar, – Oliveyra tam aydın şəkildə dedi.
– Aha, – Ovexero onu ruhlandırmaq üçün dedi.
Rabindranat Taqor “Bağban” Ey məlikəm, öz xidmətkarına lütf elə! Öz qəlbinin sevincində sən yüz il bundan əvvəl bir bahar səhərini tərənnüm edərkən, öz şaqraq səsinin sənə göndərən həmin canlının sevincini duyarsan!
Erix Mariya Remark “Lissabonda bir gecə” Gözümü gəmidən çəkmirdim. Arxasınca qaçdım, lakin poçt işçisi çıxdı və dedi ki, adı Yansendir, evlidir və üç uşağı var.
Corc Oruell “1984” Soyuq, günəşli aprel günü idi. Mübarizə başa çatıb. O, öz üzərində qələbə çalıb. O, Böyük Qardaşı sevir.
Ceyn Ostin “Nortenger abbatlığı” Ketrin Morlandı uşaqlıqda görən heç kim ondan əsər qəhrəmanı ola biləcəyini təsəvvür edə bilməzdi. İyirmi altı və on səkkiz yaşlarında xoşbəxt həyata başlamaq çox gözəldir; və generalın məsələyə haqsız olaraq müdaxiləsinin nəticədə onların səadətinə zərər gətirmədiyi, hətta bəlkə də onlara bir-birlərini daha yaxşı tanımaq və məhəbbətlərini daha da möhkəmlətmək üçün xeyirli olduğu fikrinə əminliyimi etiraf edərək, bu kitabın valideyn tiraniyasının təqdiri və ya oğul itaətsizliyinə bəraət haqqında olmasını seçməyi məsələyə aidiyyatı olanların öz ixtiyarına buraxıram.
Frederik Beqbeder “Məhəbbət üç il yaşayır” Məhəbbət əvvəlcədən məğlub olduğun döyüşdür. Saata baxdım:   23:59.
Frans Kafka “Atama məktub” Əziz ata!
Bu yaxınlarda məndən soruşdun ki, niyə hər yerdə səndən qorxmağımdan danışıram.
Ancaq mənə elə gəlir ki, bu etiraza uyğun aparılacaq düzəlişlərlə bir yerdə – indi həmin düzəlişləri nə sadalaya bilərəm, nə də sadalamaq istəyirəm – həqiqətə o qədər
yaxınlaşa bildik ki, ikimiz də özümüzü, az da olsa, rahat hiss eləyə bilərik, bu dünyada da, o dünyada da yüngülləşərik…
Mario Püzo “Xaç atası” Nyu-York üçüncü  cinayət məhkəməsi binasında Ameriqo Bonasera prosesi gözləyirdi; qızının ləyaqətinə toxunmaq istəyən insanlardan qisas almaq istəyirdi. Bundan sonra o, Karlo Rizzinin ölümündən bəri etdiyi şeyi etdi: Maykl Karleonenin ruhunun xilası üçün dua etdi.
Herman Hesse “Yalquzaq” Bu kitab Yalquzaq adlandırdığımız o kişidən qalma qeydlərdən ibarətdir. Haçansa bu fiqurlarla yaxşı oynayacam. Haçansa gülməyi öyrənəcəm. Pablo məni gözləyirdi. Motsart məni gözləyirdi…
Oskar Uayld “İdeal ər” Marqaret, bu gün Hartloksa gedəcəksiniz? Bizim üçün yeni həyat başlanır, əzizim!
Məmməd Əmin Rəsulzadə “Stalinlə ixtilal xatirələri” Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “Fantastik
adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir
pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük
imperatorluğunun ən böyük diktatoru olaraq öldü” – deyə
başlayır.
O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik ənənəsinin ən qəddar bir nümayəndəsi idi!
Jan-Pol Sartr “Sözlər” Ötən əsrin qırxıncı illərinin sonunda elzaslı çoxuşaqlı məktəb müəllimi dərddən baqqal oldu. Bütün adamları öz içinə sığışdırmış bütöv adam bütün adamlardan, bütün adamlar ondan ibarətdirlər.
Samuel Bekket “Qodotun intizarında”  – Əlimizdən heç nə gəlmir.  – Gedək (onlar gedirlər).
Erik Siqal “Məhəbbət hekayəsi” Artıq vəfat etmiş iyirmi beş yaşlı qız haqda nə demək olar ki? Sonra heç vaxt atamın yanında, ələlxüsus onun qucağında etmədiyim hərəkəti etdim – ağladım.
Knut Hamsun “Torpağın bərəkəti” Bataqlığın içiylə meşəyə doğru uzun, upuzun bir cığır uzanır – görəsən onu kim salıb? Hə, İnger fırtınalı dənizdə üzdü, şəhərdə oldu, o, indi yenə evdədir; dünya böyükdür, o qaynayır, dalğanır, İnger də qaynadı, coşdu. O, demək olar ki, insanlar arasında heç kim idi, əhəmiyyətsiz bir varlıq idi. Axşam düşür.
Oskar Uayld “Ciddi olmağın vacibliyi”  – Leyn, nə ifa etdiyimi eşitdiniz?  – Nə danışırsınız, Avqusta xala, əksinə, ömrümdə ilk dəfə başa düşdüm ki, Ernest üçün ciddi olmaq necə vacibdir.
Erix Mariya Remark “Cənnətdə kölgələr” Nəhayət tale məni Nyu-Yorka atdı. Nəhayət, bundan geri qalan kədərlə – hər bir insanın hiss etdiyi kədərlə dolu gecələr idi, zira hər şey keçib gedir, o isə – yer üzündə təsəllinin bunda olduğunu bilən  yeganə insandır, hərçənd niyə belə olduğunu anlamır.
İldiko von Kürti “Ay işığına tarif” Ayaq qadın problemlərinin demək olar ki, öyrənilməmiş zonasıdır. Roman bitdi. Teatr davam edir.
Milorad Paviç “Xəzər sözlüyü” Bu kitabın müasir müəllifi oxucunu inandırır ki, “Xəzər sözlüyü”nün ilk dəfə 1691-ci ildə tərtib olunduğu nəşrindən istifadə edən sələfi kimi, bu əsəri oxusa, ölməyəcək. Onların velosipedlərinin oturacağında qucaqlaşıb küçədəki poçt qutularının üstündə öz buterbrodlarını açıb yediklərini görürəm.
Truman Kapote “Tiffanidə səhər yeməyi” Bir vaxtlar yaşadığım yerlər, evlər, küçələr həmişə məni özünə çəkib.  İstəyir lap Afrika koması olsun, ya nəsə başqa bir şey, – ümidvaram, Holli istədiyini tapıb.
Samuel Bekket “Oyunun sonu” Əlbəttə, hər şey bitib, hər şey bitəcək,  ola bilsin, hər şey bitəcək. Köhnə əski! Bax səni – səni saxlayacağam.
Cek London “Smok və Bellyu” Əvvəl adı Kristofer Bellyu idi. Dayan görək, hara belə, qoy əşyalarımı yığım, birlikdə gedək!
Rabindranat Taqor “Gitancali” Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur? Vətən həsrəti ilə gecəli-gündüzlü dağlardakı öz yuvalarına uçan durna qatarı kimi qoy mənim bütün həyatım sənə şahid təzim ifadəsi ilə öz əbədi məskəninə yönəlsin.
Frans Kafka “Qəsr” K. gəlib çatanda axşamdan xeyli keçmişdi. Titrək əlini K.-a uzatdı və onu yanında oturtdu; çətinliklə danışırdı, onu başa düşmək də çətin idi, lakin danışdıqları…
Ernest Heminquey “Əcəl zəngi” O, şam iynələriylə örtülmüş boz torpağa uzanıb, çənəsini əllərinə dayamışdı, külək isə başı üzərindəki hündür şam ağaclarının uclarını yırğalayırdı. O, üstünə şam iynələri səpələnmiş torpaqda ürəyinin necə vurduğunu hiss etməkdə idi.
Frans Kafka “Milenaya məktublar” Əziz Milena xanım, Praqadan, sonra isə Merandan sizə bir neçə sətir göndərmişəm. İnsi isə “səmimi salamlar”, nə olsun ki, onlar elə bağçanın darvazasındaca  yerə dağılacaqlar, bəlkə daha çox qüvvəniz oldu.
Cek London “Böyük evin kiçik xanımı” O, qaranlıqda ayıldı. Царившее в комнате молчание нарушалось только щебетом купавшихся в воде фонтана
диких канареек; издалека доносился, подобный трубному звуку, призыв Горца, и Принцесса
отвечала ему серебристым ржанием.
Orhan Pamuk “Mənim adım Qırmızı” Mən ölüyəm, mən quyunun dibində cəsədəm. Çünki hekayənin maraqlı və inandırıcı olması üçün nələr fikirləşmirlər ki.
Harper Li “Əbabili öldürmək”  Qardaşım Cimin on üç yaşı olmasına az qalmış əli sınmışdı. Bütün gecəni orda oturacaq, Cim səhər oyananda da orda olacaq.
Ken Kizi “Ququ quşu yuvasının üzərindən uçarkən” Onlar oradadır. Uzun müddət orda olmadım.
Ceyn Ostin “Qürur və qərəz” Hamı tərəfindən qəbul edilmiş bir həqiqətdir ki, yaxşı var-dövlət sahibi olan subay oğlan özünə arvad axtarmalıdır. Onların Qardinerlərlə hər zaman yaxın münasibətləri var idi. Darsi də Elizabet kimi onları həqiqətən çox istəyirdi; və hər ikisi Elizabeti Derbişirə gətirən və bununla da onların qovuşmasına səbəb olan dostlara bəslədikləri dərin minnətdarlıq hissini həmişəlik saxladılar.
Qabriel Qarsia Markez “Hüznlü fahişələrimin xatirəsi” Doxsan yaşım tamam olan gün özümə hədiyyə etmək qərarına gəldim – gənc bakirə qızla dəli bir eşq gecəsi keçirmək. Və yüz il yaşayandan sonra günlərin birində, yalnız böyük məhəbbətdən bəxtiyarlıq içində can verərək öləcəyəm.
Con Qolsuorsi “Ölümdən güclü” Sent-Corc–stritdəki nikah bürosundan çıxan Çarlz Kler qızını «bu skripkaçı»yla – ərə getdiyi adamla birlikdə  aparan taksinin arxasınca tələsmədən addımlayırdı. Uinton isə düşünürdü: «Məhəbbət! Sərhədsiz məhəbbət! Ölümdən güclü!»
Nodar Dumbadze “Günəşi görürəm” Gilənar ağacının quru budağındakı qozqıran elə həyəcan və elə nəşə ilə oxuyurdu ki, xalam əlindəki işini yarımçıq qoydu, üçayaqlı stulu həyətə çıxardı, ağacın altında oturdu və qulaq asmağa başladı.  – Ay camaat, sizi görürəm!
Jorji Amadu “Qum dəryasının kapitanları” “Qum dəryasının kapitanları” – bütün şəhəri qorxu altında saxlayan, soyğunçuluqla məşğul olan uşaqların başlı-başına buraxılan hərəkətlərinə yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttişlik və polisrəisinin müdaxiləsi gərəkdir – dünən daha bir basqın baş verib. Terrora baxmayaraq, bu insanlardan hər biri öz evinin qapısını Güllə Pedronun üzünə açmağa, onu saxlamağa və polisdən gizlətməyə hazır idi, zira inqilib vətən və ailədir.
İldiko von Kürti “Qəlb titrəyişi” Pis xasiyyətim və yaxşı qamətim var. Və bu kino deyil. Bu mənim həyatımdır. Sabahınız xeyir!
Deniel Kiz “Elcernon üçün güllər” Doktor Ştraus dedi ki fikirləşdiyim hər şeyi yaza bilərəm və  yadımda qalan hər şeyi və bugün başıma gələnləri. Zəhmət olmasa, imkan olsa, Elcernonun məzarına gül qoyun. Arxa həyətdə.
Con Steynbek “Siçanlar və insanlar” Bir neçə kilometr cənuba tərəf irəlilədikcə, Salinas çayı daha sakit axır, sahilləri getdikcə yaşıllaşırdı. – Hə, bu iki oğlan barəsində nə fikirləşirsən?
Knut Hamsun “Aclıq” O zaman mən adama öz damğasını həmişəlik basan bu qəribə şəhərin – Kristianiyanın küçələrində ac-yalavac dolaşırdım. Biz fiorda çıxanda zəiflikdən və həyəcandan tamamilə tərləyib islanmış qəddimi düzəldib sahilə baxdım və bütün pəncərələrində artıq parlaq işıqlar yanan Kristianiya şəhəri ilə, nəhayət, vidalaşdım.
Oskar Uayld “Ledi Uindermerin yelpiyi”  – Xanım, qonaq qəbul edirsinizmi?  – Ah, siz çox yaxşı bir qadınla evlənirsiniz!
Uilyam Qoldinq “Milçəklər kralı” Qayadan aşağı enən sarışın oğlan sonuncu metrləri də arxada qoyandan sonra laquna tərəf yönəldi. Ağlaşma səsləri zabitə də təsir elədi və o tutuldu, üzünü çevirib gözlədi ki, uşaqlar sakitləşib özlərinə gəlsinlər; zabit gözləyirdi, aralıda dayanmış kreyserin aydın görünən siluetinə baxdı ki, gözləri bir az dincəlsin.
Ferens Molnar “Pal küçəsinin oğlanları” Birə on beş dəqiqə qalırdı. Ona qulaq asa-asa Yanoş Boka düz qarşısındakı partaya diqqətlə baxırdı və onun təcrübəsiz uşaq qəlbində ilk dəfə hamımızın əzab çəkərək, sevinərək və mübarizə apararaq xidmət etdiyimiz həyat haqqında fərziyyələr baş qaldırdı.
Oskar Uayld “Diqqətə layiq olmayan qadın” Miss Vorsley, məncə, siz birinci dəfədir İngilis bağ evində qalırsınız, hə? Diqqətə layiq olmayan bir adam idi!
Rafael Hüseynov “Vaxtdan uca” Qoca Sәdinin yaşadığı vә tәklif etdiyi ömür ülgüsü arxayınlıqla, asudәliklә dolu idi. Sadәcә, o vaqiә mәni bәrk düşündürdü.
Gi de Mopassan “Əziz dost” Restoranın kassirindən beş frankın qalığını alan Jorj Dürua çıxışa sarı yönəldi. Amma geriyə qanrıldıqda parlaq günəş şüalarından qamaşan gözləri önündə o, güzgü qarşısında zülfünün buruqlarını açan xanım de Mareli gördü: yataqda olduğu müddətdə məşuqəsinin gicgahındakı saçlar həmişə burulardılar.
Harold Pinter “Cırtdanlar” Onlar gecəyarısına az qalmış evə gəldilər. Hər şey təmizdir. Hər şey yuyulub, təmizlənib. Bu çəmənlik. Bu kollar. Bu çiçək.
Rabindranat Taqor “Fəlakət” Romeşin hüquq imtahanlarını bu dəfə də verə biləcəyinə heç bir şübhə yox idi. Anam həyatında bir çox günahları bağışlamışdır, heç bir şübhə yoxdur ki, sənin etmədiyin bir günahı da bağışlar.
Somerset Moem “Ledi Frederik”  – Cənab Paradin Foulds gəlib?  – Bədheybət!
Con Apdayk “Dovşan, qaç” Oğlanlar şitin bağlandığı telefon sütununun ətrafında basketbol oynayırdılar. Və o qaçır. Qaçır. Qaçır.
Aqota Kristof “Qalın dəftər” Biz Böyük Şəhərdən gəlirik. Qatar yaxşı fikirdir.
Truman Kapote “Soyuqqanlılıqla” Holkomb qəsəbəsi qərbi Kanzasın taxıl düzləri arasında, kanzaslıların “ora” dediyi gözdən uzaq, xəlvəti bir yerdə yerləşir. Sonra Dyui böyük səmanı, küləyin pıçıltısını və əyilən sünbülləri arxasında qoyub, xiyaban boyunca evinə yola düşdü.
Nikkolo Ammaniti “Sən və mən”  – Qəhvə istəyirsiniz? Otuz üç yaşı var idi.
Skot Fitscerald “Böyük Qetsbi” Yeniyetmə vaxtımda atam bir nəsihət vermişdi, hələ də qulağımda sırğadır: nə zaman birinə qarşı tənqidi yanaşmalı olsan, unutma, hamı sənin imkanların daxilində dünyaya gəlməmişdir! Beləcə axınla mübarizə apararaq qabağa üzməyə çalışırıq, o, isə yenə də və yenə də bizim kiçik gəmilərimizi geriyə, keçmişə aparır.
Conatan Safran Foer “Dəhşət ucadan və inanılmaz yaxın” Çaydanla nə etmək olar? Və başlıq ilə sonlandırardı, «Mən səni sevirəm»dən «Qədim zamanlara»a…
Somerset Moem “Sadiq arvad”  – Miss Kalver.  – Lənət şeytana, geri dön.
İşiquro Kazuo “Məni heç vaxt buraxma” Mənim adım Keti Ş.-dır. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasında oturdum ki, olmalı olduğum yerə gedim.
Çarlz Dikkens “Böyük ümidlər” Atamın soyadı Pirrip idi, xaç suyuna salındıqda adımı Filip qoydular, körpə dilim isə nə ondan, nə bundan Pipdən artığını çıxara bilmirdi. Əlindən tutdum və biz zülmət dağıntıların yanından keçib getdik; dəmirçixananı tərk etdiyim gün səhər dumanı səmaya qalxdığı kimi, indi də axşam dumanı göyə ucalırdı, sakit ay işığına bürünmüş geniş  açıqlıqlar yeni ayrılığın kölgəsinə bürünmədən qarşımızda açılırdı.
Uilyam Qoldinq “Varislər” Lok var gücüylə qaçırdı. Tuami yеlkənin böyründən qabağa baxdı ki, görsün o biri qurtaracağında nə var, amma suyun parıltısı gözünü qamaşdırdı və o, qaranlıq xəttin sonu olub-olmadığını görə bilmədi.
Deni Didro “Ramonun qardaşı oğlu” Havanın yaxşı və ya pis olmasının fərqi yoxdur, adətimdir, axşam saat beşdə Pale-Royala gəzməyə gedirəm. Sonuncu gülən yaxşı gülər.
Paulo Koelyo “Rio-Pyedranın sahilində oturdum və ağladım” Əgər rəvayətə inansaq, bu çayın sularına düşən hər şey – yarpaqlar, həşəratlar, quş lələkləri – zamanla onun yatağını döşəyən daşlara çevrilirlər. Arzular özbaşına həqiqətə çevrilməyəcək.
Con Faulz “Kolleksiyaçı”  Tətildə özəl məktəbdən evə gəldiyində onu, demək olar ki, hər gün görürdüm: onların evi  bir küçə sonra, ratuşanın işlədiyim tərəfinin düz qarşısında yerləşirdi.  Bu gün orda, aşağıdayam, isidici cihazı qoşmuşam, onsuz da otağı qurutmalı idim.
Markus Zuzak “Kitab oğrusu” DAŞ QIRINTILARINDAN UCALMIŞ DAĞ SİLSİLƏSİ
Hekayəmizi nəql edən burada özünü, rəngləri və kitab oğrusunu təqdim edir.
Mən bunu kitab oğrusuna dedim və indi də sizə deyirəm.
İrvinq Stoun “İztirab və vəcd” O, ikinci mərtəbədəki yataq otağında oturub, güzgüyə baxır və özünün arıq, kəskin çıxıntılı yanaqlarını, yastı geniş alnını, peysərinə doğru çəkilmiş qulaqlarını, qaşlarının üstünə düşən qara saçlarının sarğılarını, bir-birindən çox aralı olan kəhrəba rəngli gözlərini çəkirdi. Ruhunun yuxarıya, günbəzə doğru, onunla birləşib, onunla, fəza ilə, zamanla, səma ilə, Tanrı ilə birləşib qarxaraq bədənini tərk etməsini hiss edirdi.
Andre Morua “Yad qadına məktublar” Siz varsınız, eyni zamanda yoxsunuz. Yeni iliniz mübarək, mənim əzizim. Əlvida.
Çingiz Aytmatov “Əlvida, Gülsarı!” Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Hardasan? Hardasan, qara gözlü balam mənim, bəs hardasan?..
Joze Saramaqo “Təxirə salınmış ölüm” Ertəsi gün kimsə ölmədi. Ertəsi gün kimsə ölmədi.
Marta Ketro “Almaların xanımı” Bir dəfə səhərə yaxın anlaşılmaz, lakin həyəcanlı səhnə ilə bitən uzun və qarışıq yuxu görmüşdüm: guya döşəmədə küncdə oturmuşam və  sözün əsl mənasında müasir yazıçı  asta-asta mənə doğru yaxınlaşır. Mənə cavab verəcək şəxsə sonsuz minnətdar olacam.
Volter “Kandid və ya optimizm” Vestfaliyada, baron Tunder-ten-Tronkun qəsrində çox gözəl bir gənc yaşayırdı, təbiət yaxşı insan olmaq üçün gərəkən özəlliklərin birini də ondan əsirgəməmişdi.  – Bunu yaxşı dediniz, – Kandid cavab verdi, – ancaq gərək öz bağımızı becərməyə ərinməyək.
Riçard Yeyts “Dəyişikliklər küçəsi” Baş məşqin final replikaları qalırdı. O, eşitmə aparatını söndürmüşdü.
Con Steynbek “Qayğılarımızın qışı” Aprel səhərinin təravətli, qızılı işıqları ilə oyanan Meri Haule ərinə doğru çevrildi və onun balaca barmaqlarını ağzına yaxınlaşdırıb aşağı çəkərək qurbağanı yamsıladığını gördü. Yoxsa daha bir işıq sönə bilərdi.
Xalid Hüseyni “Və dağlardan səda gəldi” Elə isə razılaşdıq. Nağıl istəyirsiniz, danışaram. Hər şeyin aydın və parlaq olduğu hissi ilə yuxuya gedir.
Kurt Vonnequt “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” Demək olar ki, yazdıqlarımın hamısı həqiqətdir. Bir quş Billi Pilqrimə dedi: – Çik-çirik
Martin Paj “Mən necə idiot oldum” Yeddi ildən çox idi Antuana elə gəlirdi ki, it kimi yaşayır. Klemans və Antuan əllərini qorxunc şəkildı yuxarı qaldırıb, zəncirləei cingildədərək Parisi həyəcanlandırmağa getdilər.
İsmayıl Şıxlı “Dəli Kür” Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Kürün uğultusundan başqa heç nə eşidilmirdi.
Frans Kafka “Məhkəmə” Deyəsən, kimsə Yozef K.-nı şərləmişdi, çünki elə bir pis iş tutmasa da, səhər-səhər gəlib onu həbs etdilər. – Lap it kimi öldüm! – Bu sözləri elə dedi ki, sanki utancaqlığı özündən çox yaşamalı idi…
Qustav Flober “Madam Bovari”  Direktor, arxasınca əynində forma olmayan yeni şagird və parta daşıyan xidmətçi otağa girəndə dərslərimizi hazırlayırdıq. Bu yaxınlarda o, Fəxri legion ordeni alıb.
Əhməd Batman “Soyuq qəhvə” Həyatda hər şeyin bir başlanğıcı var və hər başlanğıc özü birgə saysız-hesabsız gözlənti gətirir.  Ən gözəl yerlərdə, ən düzgün insanlarla yollarımızın kəsişməsi və hər zaman ən yaxşısının deyil, ən xeyirlisinin olması diləyi ilə…
Sergey Dovlatov “Əcnəbi qadın” Məhəlləmizdə bu cür hadisə oldu: Marusya Tataroviç dözmədi, latın amerikalı Rafaelə vuruldu. Bununla da nöqtə qoyuram. Nöqtə.
Qabriel Qarsia Markes “Vəba günlərində eşq” Labüd bir şey idi: acı badam qoxusu ona hər zaman uğursuz eşqləri xatırladırdı. Florentina Arisanın cavabı gecələrlə birlikdə düz əlli üç il, yeddi ay, on bir gündən bəri hazır idi.
– Bütün həyat boyu, – o dedi.
Aleksandr Soljenitsın  “İvan Denisoviçin bir günü” Oyanma əmri hər gün olduğu kimi səhər saat beşdə verildi – əsas barakın yanındakı relsi çəkiclə döyəclədilər. Hər dörd ildə bir gün artan illərin ucbatından həbs müddəti üç gün artırdı…
Marlena de Blazi “Venesiyada min gün: gözlənilməz eşq macərası” Balaca kafedə bir neçə alman turist, bir neçə ingilis və bir-iki stol aralıda yerli sakinlər var idi. “Biz də səni sevirik. Həmişə sevmişik. Və sevəcəyik də”.
Treysi Letts “Avqust: Oseyc qraflığı” Oğul evə gəlir və valideynlər tələ qurur. …budur, siz getdiniz, getdiniz, budur getdiniz, siz getdiniz…
Con Fante “Tozdan soruş” Bir gecə Los-Ancelesin aşağı tərəfində yerləşən Bunker Hilldəki otel otağımda oturmuşdum. Sonra maşınıma mindim, mühərriki işə saldım və Los-Anceləsə qayıtdım.
Frederik Beqbeder “Kömək edin, bağışlayın!”  Qırxilliyim ərəfəsində mən tamamilə ağlımı itirmişəm. Ayrı-ayrı adamlar – doğrudan da çox təəssüf! – iddia edirlər ki, bu hekayə ilk sözündən başlamış son sözünə qədər uydurmadı.
Somerset Moem “Ay və qara qəpik” Çarlz Strikləndlə tanış olanda, doğrusu, heç ağlıma gəlməzdi ki, o nəsə qeyri-adi bir adamdır. Düz iyirmi yeddi il Uinstablda yepiskop müavini olmuş dayım Henri belə hallarda deyərdi ki, şeytan müqəddəs kəlamları həmişə öz xeyrinə yoza bilir. Dayım onu da deyərdi ki, qabaqlar bir şillinqə on üç qul almaq olurmuş…
Cəlil Məmmədquluzadə “Ölülər”  – Mara çe töhfə  adərdi.  – Bu kimin qızıdır?
Erlend Lu “Qadının hökmranlığı altında” Vaxt gəlib çatdı, o, mənə tez-tez baş çəkməyə başladı. Gecənin ortasında yuxudan oyandım.
Məni fikir bürüdü ki, bu dünyada mənim həyatımı yaşamağa məcbur olan yeganə adam elə mən özüməm.
Stendal “Qırmızı və qara” Yəqin ki, Veryer şəhərciyi bütün Franş-Kontedə ən mənzərəli şəhərciklərdən biridir. Xanım de Renal andını pozmadı. O özünə qəsd eləmədi. Amma Jülyen edam olunandan üç gün sonra balalarını qucaqladığı yerdə keçindi.
Riçard Yeyts “Pasxa paradı” Qrayms bacılarının həyatı alınmamışdı, keçmişə nəzər salınsa, belə görünürdü ki, bütün bəlalarının səbəbi valideynlərinin ayrılması olmuşdu. Yaxşı, Emmi xala. Bəlkə indi evə keçək və siz mənim ailəmlə tanış olasınız?
Frans Kafka “Çevrilmə” Bir səhər gecənin narahat yuxusundan ayılan Qrezor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib.  Qız onların yeni arzularını və gözəl niyyətlərini təsdiq edirmiş kimi, səyahətlərinin axırına çatanda birinci olaraq
ayağa qalxıb cavan qamətini düzəltdi.
Luis Sepulveda “Məhəbbət romanları oxuyan qoca” Boz, şişmiş eşşək qarnına bənzəyən, bu saat yağışı yağdırmağa hazırlaşan səma, buludlarının ucu ilə az qala yerə toxunurdu. Antonio Xose Bolivar yavaş-yavaş taxma dişlərini çıxardıb yaylığa bükdü və faciənin günahkarı olan qrinqonu, alkaldı, qızılaxtaranları, öz varlığı ilə onun çox sevdiyi amazon selvasının toxunulmamış təmizliyini ləkələyən hər kəsi lənətləyə-lənətləyə maçete ilə qalın bir budaq kəsdi və ondan tutaraq El-İdilioya, öz daxmasına, öz kitablarına doğru addımlamağa başladı. O kitablara ki, onlarda məhəbbətdən bəhs olunur və elə gözəl sözlərlə ifadə olunur ki, hərdən insanın vəhşi təbiətini unutmağa məcbur edir.
Luis Sinkler “Eurosmit” Sakit Ohayonun meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd yaşlı cırıq paltarlı bir qız əyləşmişdi. Bu iş üstündə iki-üç il əlləşərik, bəlkə, bundan sonra düz-əməlli bir nəticəyə gəlib çıxaq… Amma…
Marlen Ditrix “Düşüncələrim” Bu kitab konkret heç kimə həsr edilməyib.
O, mənə onlarla görüşün sevincini yaşadığım, məni ekranda və səhnədə sevən, işləməyə və varlığın ötəri sevinclərindən istifadə etməyə imkan yaradaraq həyatımı yüngülləşdirən insanlara həsr edilib. Ola bilsin, onlar bu kitabı oxuyacaqlar. Ola bilsin, mənlə birlikdə güləcək və kədərlənəcəklər.
Bu kitabı Hötenin sözləri ilə bitirmək istərdim: “Burada ya orada kimisə tanımaq”.
Culian Barns “Baxış üçbucağı” Mənim adım Stüartdır və mən hər şeyi yaxşı xatırlayıram. Dedim: “Qoca səfehin birisən. Yəqin, səndə ingilis qanı var”
Müriel Maufroy “Ruminin qızı” Yol get-gedə dikə qalxırdı. Hər iki halda da Şəms vəzifəsini yerinə yetirmişdi; hər şey olacağı kimi baş verməliydi.
Ayris Mördok “Dəniz, dəniz” Bu sətirləri yazankən düz qarşımda uzanan dəniz parıldamaqdan çox may günəşinin yumşaq işığında şəfəq saçır. Bilmək istərdim, dünyəvi həyatın iblislərlə dolu yolunda zəvvarı başqa nələr gözləyir?
Kahraman Tazeoğlu “Bukre” Bukre heç neçə dəfə tapdalandığını bilmirdi. Əllərin toxunduqdan sonra nitrat turşusu da sürtə bilərsən, quşcuğazım.
Ejen İonesko “Stullar”  Əzizim, pəncərəni bağla, sudan kif iyi gəlir və ağcaqanadlar uçur. Mhnm… Nmnm… Hm… Ihm…
Bernhard Şlink “Qiraətçi” On beş yaşımda sarılıq xəstəliyinə tutulmuşdum. Bu burada dayandığım ilk və son dəfə idi.
Jan-Pol Sartr “Ürəkbulanma” Bu dəftərlər Antuan Rokantenin kağızları arasından tapılıb. Yeni Vağzalın tikinti meydançasından möhkəm nəm ağac iyi gəlir: sabah Buvildə yağış yağacaq.
Ejen İonesko “Kərgədan”  – Bu da! Gör necə lovğalanır! Daha bizdən almaq istəmir. Hamıya qarşı tək! Mən sonuncu insanam və axıra qədər də insan olaraq qalacam! Təslim olmayacağam!
Nermin Bezmen “Qurd Seyid və Şura” Gecə yuxusundan hələ oyanmamış şəhər lopa-lopa yağan qarların altında ağappaq idi.  – Əlvida, Rusiyam, əlvida, Seyid, yeganə eşqim, əlvida…
Suzanna Kollinz “Aclıq oyunları” (1ci hissə) Yuxudan oyandım və gördüm ki, çarpayının o biri tərəfi soyuqdur. Kameralar qarşısına çıxmağa hazırlıq gedir, onun əlindən tutub bərk yapışdım, və bu əlləri nə zaman buraxacağımdan dəhşətli qorxdum.
Suzanna Kollinz “Aclıq oyunları” (2ci hissə) Fincanı əllərim arasında bərk sıxıram, baxmayaraq ki, çayın istisi çoxdan şaxtalı havada buxarlanıb yox olub. Katniss, 12-ci Rayon artıq yoxdur.
Suzanna Kollinz “Aclıq oyunları” (3cü hissə) Mən gözlərimi çəkmələrimə zilləyirəm və köhnəlmiş dərinin üstünə qonan qalın qat külə tamaşa edirəm.  – Sən məni sevirsən. Doğru ya yalan?
– Doğru.
Orhan Pamuk “Məsumiyyət muzeyi” Həyatımın ən xoşbəxt anı imiş, bilmirdim. Hamı bilsin ki, çox xoşbəxt bir həyat yaşadım.
Mark Levi “Bir-birimizə demədiyimiz sözlər”  – Hə, necəyəm sənin üçün?  – Bunun isə artıq heç bir əhəmiyyəti yoxdur, – deyə Culiya cavab verdi.
Müriel Barberi “Kirpinin zərifliyi” Marks dünyaya baxışımı tamamilə dəyişdi, – əvvəllər mənimlə heç vaxt bir kəlmə kəsməmiş gənc Palyer bu səhər mənə belə dedi. Bundan belə, sizdən xatirə kimi, “heç vaxt”da “həmişə” zərrəciyi axtaracam. Bu dünyada gözəllik axtaracam.
Çarlz Bukkovski “Poçt idarəsi” Hər şey bir yalnışlıq kimi başladı. Səhər açılmışdı. Mən hələ də sağ idim. Bəlkə, bir roman yazım deyə düşündüm… Və yazdım.
Con Maksvell Kutzee “Rüsvayçılıq” Əlli iki yaşlı, boşanmış bir kişi kimi seks problemini pis həll eləmədiyini düşünür.  – Hə, birdəfəlik üzülüşmək istəyirəm.
Emili Qiffin “Borca götürülmüş” İlk dəfə otuz yaşımın olacağı barədə düşünəndə beşinci sinifdə oxuyurdum. Deksin əlini tuturam və boş taksilərin bizimlə bərabərləşəcəyini gözləyə-gözləyə Bi-avenyuda veyllənirik.
Karin Alvtegen “Utanc” Allahım,
Elə et ki, dünyada müharibə, zorakılıq və ədalətsizlik olmasın,
Qoy yoxsullar varlansın,
Və heç kim aclıq çəkməsin,
Qoy pis adamlar mehriban,
Tanıdığım hər kəs sağ və sağlam olsun.
Ağıllı və xeyirxah olmağıma yardım et,
Qoy anamla atam mənimlə fəxr etsin
Və məni sevsinlər.
AMİN.
– Tomas, elə evə istəyirəm ki…
Kolum Makken “Rəqqas” Onun ilk Paris mövsümündə səhnəyə nələr uçurdu. Vestibüldə Rudi sonuncu piruetini etdi və gözdən itdi.
Yukio Mişima “Eşq yanğısı” Bu günlərdə Esuko “Hankü” univermağından bir cüt yun corab aldı. …Ancaq heç nə baş verəmədi.
Sesilia Ahern “Göyqurşağının bitdiyi yer” / “Sevgilərlə, Rozi” Aleks, səni çərşənbə axşamı, aprelin 8-də 7 yaşımın tamam olması münasibətilə evimizə dəvət edirəm. Və otuz il sonra yenə sükut onları sardı. Onlar bir-birlərinin gözlərinə baxırdılar. Və gülürdülər.
Karin Alvtegen “Xəyanət” – Bilmirəm. – Mən səni sevirəm.
Truman Kapote “Qəbul edilən dualar” Bu dünyanın bir yerində Flori Rotondo adlı bir mütəfəkkir yaşayır.
Karin Alvtegen “İtki” Allahım, mənə verdiyin cəsarətə görə sənə minnətdaram. Avtobus qrafik üzrə hərəkət etsə, o, qonşu məşğul siqnalını verənə kimi orada olacaq.
Piter Ceyms “Sənin kimi ölü” Hamımız arada səhv edirik, yanlışlara və xətalara yol veririk. – Səbəb tapılar.
Sebastyan Japrizo “Küllücə üçün tələ” Biri var idi, biri yox idi. Üç qız var idi. Birinci Mi, ikinci Do, üçüncü Lya idi. Ətrin adı da özü kimi təsirli və abırsız, bir sözlə, kifayət qədər iyrənc idi: “Küllücə üçün tələ”.
Piter Ceyms “Ölüm qədər asan” Bir neçə şeyi nəzərə almasaq, “A” planı indiyədək yaxşı işləyirdi. Bəxtləri gətirirdi, çünki “B” planları ümumiyyətlə yox idi. Bundan başqa, o nədən başlayacağını bilmirdi.
Səbahəddin Ali “İçimizdəki şeytan” Günortadan əvvəl saat on birdə Kadıköydən Körpüyə hərəkət edən gəminin göyərtəsində iki gənc yan-yana oturub danışırdılar. – Ancaq gözləmək lazımdır… Uzun zaman…
Cek London “Ay vadisi” – Qulaq as, Sakson, gəl, mənimlə gedək. Birdən Sakson hiss etdi ki, Bill barmağı ilə xəbardaredici şəkildə onun dodaqlarına toxundu. Onun əlinin hərəkətinə ram olan Sakson başını çevirdi, – və hər ikisi xeyli yuxarıda, təpənin yamacında sıx yarpaqların arasından onlara baxan iki xallı maral gördü.
Fyodor Dostoyevski “Alçaldılmış və təhqir olunmuşlar” Keçən il, martın iyirmi ikisində, axşamçağı başıma çox qəribə bir əhvalat gəldi. Biz bir yerdə həmişəlik xoşbəxt ola bilərdik!
Səbahəddin Ali “Xəz paltolu Madonna” Bu vaxta qədər təsadüf etdiyim adamlardan bir nəfərin mənə son dərəcə qüvvətli təsiri olmuş, həyatımda silinməz iz buraxmışdır. Şirkətdə Raif əfəndinin boş qalmış stolu arxasında əyləşdim, qara cildli dəftəri açıb bir də oxumağa başladım.
Cek London “Dəniz canavarı” Düzünü desəm, nədən başlayacağımı bilmirəm, hərçənd hərdən zarafatla bütün günahı Çarli Ferasetin üstünə atıram. – Və bizi özümüzdən xilas edəcəklər, – mənə tanış olmayan yeni hiylə – sevgi hiyləsi ilə ifa etdiyi məftunedici təbəssümü ilə yekun vurdu.
Şebnem Burcuoğlu “Ərin qədər danış” – Ay aman, üçayaqlı nəhəng osminoq çıxıb! – Sinan.
– Denən, Efsun.
– Mənimlə evlənərsən?
Anna Qavalda “Sadəcə birlikdə” Poletta Lestafye, ətrafdakıların düşündüyü kimi, ağlını itirməmişdi. Qapını açdı, meydanı keçdi, qarşı tərəfdəki hotelə girdi, əli ilə qapıçı yoldaşı Vişayanla – onu yedizdirirdi – salamlaşdı, başı ilə açar üçün təşəkkür etdi, özünə və bütün dünyaya gülümsəyərək pilləkənlə yuxarı qalxmağa başladı.
Anyes Marten-Lüqan “Xoşbəxt insanlar kitab oxuyur və qəhvə içirlər” – Ana, nə olar… Kafeyə girməmişdən əvvəl lövhəyə baxdım: “Xoşbəxt insanlar”…
Cek London “Zaman gözləmir” Həmin axşam Tivoli salonu darıxdırıcı idi. Və Harniş bir dəfə rastlaşdığı həmin qoca kimi alovlanan qürubun şüaları altında əlində süd vedrəsi dağın ətəyinə enməyə başladı.
Pukka “O bura gələcək” Tam beş il əvvəl məktəbi qurtarmış, İzmirdən İstanbula yeni köçmüş, cibində beş qəpik pulu olmayan, karyerası sevgilisinə bağlı, qonaq evlərinin altı nəfərlik otaqlarında, əksəriyyəti xərçəng xəstəsi olan yaşlı xalalarla birlikdə yaşamaq məcburiyyətində olan bir qız idim. Hal-hazırda xoşbəxtəm. Və bilirəm onu görəndə, “Görəsən budur?” deyil, “Bax budur!” deyəcəm. Və bilirəm ki, o əvvəl-axır it kimi bura gələcək!
Əhməd Batman “Qorxma, qəlbim” Öz özümlə baş-başa qalmayalı uzun zaman oldu. Bu həyat heç sevgisiz başa çatarmı?
M.O.Uolş “Mənim uzaq günəşim” Lindi Simpsonun zorakılığa məruz qalmasında dörd şübhəli şəxs var idi. Və sən…
Əgər qızına onu sevdiyini demək istəsən, bunun mənasını dərk edərək de.
Eduardo Mendoza Qarriqa “Tilsimli sərdabənin sirri” Qələbəmizə az qalmışdı, biz qalib gələ bilərdik. Və hələ imkanım olacaq ki, psix olmadığımı sübut edim, yox əgər mənə belə bir imkan tanımasalar, bu imkanı özüm tapa bilərəm.
Pavel Sanayev “Məni döşəmə yaşmağının arxasında basdırın…” Mənim adım Saşa Savelyevdir. Nənəmi basdırırdıq – anam ağlayırdı, babam ağlayırdı, mən isə qorxa-qorxa anama sıxılmışdım.
Mustafa Görgüç “Ruhunu satan qadın” O qadın yerdəki asfalt göylə arasını düzəltməyə çalışarkən gəzirdi. Ardı? Haqqında danışılmayacaq qədər qaranlıqdır…
Keplinger Kodi “SAF: Səlahiyyətli anti-fenomen” Bu artıq zəhləmi tökməyə başlayırdı. – Bianka, sən bu gün çox gözəlsən.
Harper Li “Get bir gözətçi qoy” Atlantadan sonra o, pəncərədən demək olar ki fiziki məmnunluqla baxmağa başladı. Maşının o biri tərəfinə dolandı, sivrişib sükanın arxasına keçdi və bu dəfə ehtiyatlı olub başını heç nəyə vurmadı.
Elif Şafak “Eşq” Bir daş götürüb çaya atsan, təsirini görməyəcəksən. Azad dünyadı eşq
Ya düz ortasında, mərkəzindəsən,
Ya da eşiyində, həsrətində
İrvin Şou “Gecə işi” Gecə idi və mən gülləkeçirməz şüşə ilə əhatələnmiş bağlı kontorda tək-tənha oturmuşdum. Sərginin ortasında dayanıb, divarlarda asılmış öz ölkəsinin ən ucqar guşələri boyu sərgərdan gəzən amerikalının həyatının əks olunduğu şəkillərə baxırdım.
Deniz Seki “Dənizin dibi” Bu gün mənim ən pis günlərim başlayır. Gəlin birlikdə hekayəmin davamını yazaq…
Stefan Şvayq “Bir qadının həyatından iyirmi dörd saat” O zaman, hələ müharibədən on il əvvəl yaşadığım Riverdəki pansionatda bir dəfə süfrəmizin başında qızğın bir mübahisə düşdü. Buna görə də dərindən təzim edib, ehtiramla onun ağarmış, payız yarpağı kimi yüngülcə titrəyən əlindən öpdüm.
Didye van Kovelar “Özündən çıxmış” Evimə zəng edirəm, mənə isə yad səs cavab verir. Həqiqətən xəyalımda canlandırdığım insan olacam.
Mixael Ende “Momo” Biri var idi, biri yox idi, insanların indi yaddan çıxmış dillərdə danışdığı bir vaxtda isti ölkələrdə böyük və gözəl şəhərlər var idi. Bir gün onunla qarşılaşsam, ondan daha çox şey soruşacam.
Siril Massarotto “Onun unutduğu ilk adam” – Salam, ana.
– Siz kimsiniz?
Dünyam beləcə dağıldı: bir cümlə və mən onun unutduğu ilk adam oldum.
Tomb… gözəl addır.
Ketrin Stokett “Köməkçi” Mey Mobli 1960-ci ilin avqustunda erkən bazar səhəri anadan oldu. Bax da, mən isə ötən gecə qərara almışdım ki, həyatımda bir də yeni heç nə olmayacaq.
Yusuf Atılqan “Anayurd mehmanxanası” Stansiyaya yaxın “Anayurd” mehmanxanasının portyesi Zebercet üç gün əvvəl çərşənbə axşamı gecikən Ankara qatarı ilə gələn qadının o gecə qaldığı otağa girdi, qapını bağladı, açarı cibinə qoydu. Yuxarıdan, sallananda taxtaya sürtündüyü yerdən ip qırıldı…
Entoni Börces “İstək toxum” Zaman? Hökumət ümidsizliyinin bıçaqları vurduğu axşamın səhəri. Kar, kor səhifələr, uzaqlara uçun. Şən ləpələrlə dağılışın.
Liane Moriarti “Ərimin sirri” Hər şeyə Berlin divarı səbəb oldu. Heç birimiz talelərimizin irəliləyə biləcəyi və, çox güman, irəliləməli olduğu bütün yolları heç vaxt bilməyəcək. Yəqin, bu da xeyrədir. Bəzi sirlər ömürlük gizli qalmalıdır. Pandoradan soruşun.
Robertson Devis “Beşinci personaj” Missis Dempster həyatıma 1908-ci il, oktyabrın 27-i, saat 5:58-də girib, onda mən on yaş, yeddi aylıq idim. Direktor, daha bundan artıq danışılası bir şeyim yoxdur.
Pola Hokins “Qatardakı qız” O, köhnə dəmiryolunun yaxınlığında yerləşən gümüşü tozağacının altında dəfn edilib. Səhər isə qatara çatmaq üçün erkəndən durmalıyam.
Meri Enn Şeffer və Enni Berrouz “Görnsi ədəbiyyat və kartof qabıqlarından hazırlanan piroq sevərlər klubu” Əziz Sidni!
Syuzan Skott möcüzədir.
Təbrik əvəzi bu sözləri dedi: “Eşitdim, donuzotaranla münasibətlərinizi rəsmiləşdirmək istəyirsiniz? Şükr Allaha, çoxdan vaxtı çatmışdı!”
İrvinq Stoun “Yəhər üstündəki dənizçi” 1875-ci ilin erkən iyun səhərində San Fransisko sakinləri yuxudan ayılıb, “Kronikl” qəzetində dəhşətli bir xəbər oxudular: bir qadın öz gicgahına atəş açıb. Cek onu belə adlandırırdı: “İnşaatçıların rədd etdiyi daş”.
Roberto Bolanyo “Çili noktürnü” Tezliklə, lap tezliklə daha bu həyatda olmayacam, halbuki demək istədiyim o qədər söz var idi ki. Sonra bu pox axını leysan kimi yağacaq və daha heç nə qalmayacaq.
Nil Geyman “Yolun sonundakı okean” Olsa-olsa bu, fermanın arxasında ördəklərin üzdüyü nohur olardı. Unudulmmuş xatirələr və ya qaranlıqdakı kölgə kimi keçmişdə itdi.
Yevgeni Çeşirko “Damdabacanın gündəliyi” 10 iyul – gündəlik yazmağa başladım.
Con Qolsuorsi “Dözümlü adam” 1905-ci ilin yanvarında Liverpulda, “Britaniya gəmiçilik şirkəti”nin idarə otağı çətin iş günündən sonra, sanki, istirahət eləyirdi. Həmişə olduğu kimi, nə qədər ki, saat birin yarısına qədər Meller gəlməmişdi, onun bir daha oyanmayacağını heç kim bilmirdi.
Məhəmməd Əsəd bəy “Şərqdə neft və qan” Qırx il öncə Bakı səhra şəhəri idi, müəyyən mənada elə bugün də o cür qalmaqdadır. Qoca Şərq ölmüşdü.
Ceyn Ostin “Ledi Syuzan” Əziz qardaşım, bir neçə həftəni Çörçildə keçirmək kimi xoş təklifinizi qəbul etmək istəyi ilə daha mübarizə aparmaq iqtidarında deyiləm, ona görə də, Sizə və xanım Vernona məni qəbul etmək uyğundursa, ümid edirəm yaxın bir neçə gün ərzində çoxdandır tanış olmaq istədiyim bacıma təqdim olunaram. Axı ser Ceymsin qəlbini fəth etmək üçün o, Londona gəldi və geyimlərinə o qədər pul xərclədi ki, bu məbləğ onun ən azı yaxın iki illik büdcəsini alt-üst etdi, – ancaq bütün bunlara baxmayaraq, ser Ceymsi özündən on yaş böyük qadına güzəştə getməli oldu.
Fenni Fleq “Cənnətə düşmək üçün tələsirəm” Həyatı iki cür yaşamaq olar: ya möcüzələrin olmadığını qəbul edirsən, ya da bütün həyatın möcüzə olduğunu. (Albert Eynşteyn) Elner onun qucağına atıldı və başa düşdü ki, evinə geri dönüb.
Yusi Adler-Olsen “Qəfəsdəki qadın” O, hamar divarları cırmaqlayaraq barmaqlarını qana bulaşdırdı və bundan əvvəl yumruqlarını qalın şüşəyə o qədər vurmuşdu ki, əllərini hiss etmirdi və sümüklərini sındırmışdı. Və Karl sinəsindəki ağrının tədricən keçdiyini hiss etdi.
Keyt Morton “Unudulmuş bağ” Niyə pərilər kraliçasının məhz üç telini gətirməliyəm? Yeni ümid və azadlıq torpağına, yeni həyata, yarına, evinə.
Aqata Kristi “Şərq ekspressində qətl” Şaxtalı bir qış səhəri yerli vaxtla saat beşdə dəmiryol kitabçalarında təntənəli surətdə “Toros” adlandırılan ekspress Hələb stansiyasının platforması boyunca düzülmüşdü. Artıq bu hadisənin araşdırılmasıyla bağlı işimi tamamlamış oluram, mənim üçün şərəf idi bu.
Dafne dü Morye “Əmiqızı Reyçel” Əvvəllər cinayətkarları Dörd Yol ayrıcında asırdırlar. Əvvəllər cinayətkarları Dörd Yol ayrıcında asırdırlar, amma bu lap çoxdan olurdu.
Aqata Kristi “On zənci balası” Siqar çəkənlərçün nəzərdə tutulmuş birinci dərəcəli vaqonun küncündə əyləşmiş ucaboylu kişi – təzəlikcə istefaya çıxmış hakim Uorqreyv siqarın külünü barmağıyla çırparaq “Tayms” qəzetinin siyasi xəbərlər rubrikasını gözdən keçirirdi. Lakin burda tapdıqları nə olacaq? – İttiham dolu val, on meyit və ZƏNCİLƏR adasının sirri.
Pukka “İndi biz nəyik?” Bir azdan demək olar ki, heç tanımadığım, amma bütün ağrılarını əzbərə bildiyim bir kişi ilə evlənirəm. Sağ əli növbətinin başına.

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook