Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yeni düşüncələrə, dünyalara səyahət

Ad, soyad: Fəriqə Məmmədzadə
Təhsil: Bakı Musiqi Akademiyası, musiqişünas, doktorant
Fəaliyyət dairəsi: Müəllimə və YouTuber
Uğurlar: Həyata möcüzə kimi yanaşa bilmək

Fəriqə Məmmədzadə

 

 


Kitab


– Sizin üçün kitab nədir?
– Yeni düşüncələrə, dünyalara səyahət. 

Hamıya məsləhət görə biləcəyiniz kitab?
– Qriqoriy Petrov : “Ağ zanbaqlar ölkəsində”.

– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
– Zibil qutusuna atmaq deməyim amma təkrar emala göndərmək istədiyim kitablar az deyil. Kitablar muzeylərdə saxlanılmamalıdır. Oxunulmalı, oxutdurulmalıdır.

– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Qalın cildli, minimalizm üslubunda olan üz qabıqlarını bəyənirəm.


Karandaş


– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– İradəmin sərhədlərini genişləndirməkləri.

– Sizi ilhamlandıran yazıçılar
– Böyüklər üçün yazılmış uşaq kitablarının müəllifləri.

Birinci yoxsa sonuncu cümlə?
– Da capo all fine.

– Oxumaq yoxsa yazmaq?
– Əvvəl oxumaq, daha sonra yazmaq.

Ən qısa hekayəniz
– Yazıçı deyiləm.

– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Qəzəl.

– Protaqonistiniz haqqında danışın
– Parisdə yaşamaq istəyir.


Kitabı Karandaşla Oxuyanlar


– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri
– Bir kitabın fərqli dillərdə elektron versiyasını yerləşdiməyiniz və kitabları yaymağa və sevdirməyə qarşı olan inadkarlığınız. 

KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər
– Bəyənmədiyim xüsusiyyətiniz yoxdur. Yuxarıda qeyd etliyim inadkarlığınızın daha da artmasını istərdim.

 

 

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram