Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Rəşad Nuri Güntəkin “Yarpaq tökümü”

Annotasiya

“Yarpaq tökümü” (türkcə “Yaprak dökümü”) – romanda Rəşad Nuri Güntəkin yaşadığı zaman üçün səciyyəvi olan ciddi sosial problem qaldıraraq onun bədii həllini verməyə çalışıb. Bu sosial problemin əsasında “türk cəmiyyətini saran “əsri həyat” modasının mühafizəkar bir ailədə yaratdığı sarsıntı və bu səbəbdən meydana gələn əхlaq süqutudur. Bu süqutun təməlində pul və namus arasındakı çatışma vardır. Sonunda pulun qələbəsiylə əхlaqi dəyərlərin iflası romanı idarə edən ana fikirdir” (Birol Emil).
Roman müəllifin digər əsərləri ilə mövzu, problem və хarakter yaradıcılığı baхımından səsləşir. Romanda müəllif sadə, namuslu həyat tərzi keçirən bir məmur ailəsinin sosial problem və əхlaq düşkünlüyü üzündən çöküşünün səbəblərini aşkarlamağa çalışıb. Əsərin qəhrəmanı Əlirza bəy əхlaqi dəyərlərə hədsiz dərəcədə bağlı olan mənəviyyat sahibidir. Lakin yaşadığı cəmiyyətlə Əlirza bəyin bağlı olduğu əхlaqi dəyərlər arasında ziddiyyətlər var. Bütün bu ziddiyyətlər romanda təsvir olunan hadisə və əhvalatlar fonunda aşkarlanaraq əsərin leytmotivini şərtləndirir.

 

Karandaşın izi ilə

Atanın uşaqlarına saxlayacağı ən qiymətli miras təmiz bir addır.

***

Durduğun yerdə nə qədər çalışıb çabalasan, böyür-başındakıları nə qədər itələsən də nə faydası. Bilmirəm, nə qədər keçəndən sonra aylığın neçə quruş artacaq. Gərək biri qovula, yaxud ölə ki, iki addım irəli gedə biləsən.

***

Öz guşəsində çalışan, bəlkə də öz halından, həyatından razı olan insanlarda mümkün olmayacaq arzular və üsyanlar oyandırmaq doğrudurmu?

***

İndi insanlar artıq sizin zəmanənizin insanları deyil. Gözlərin açılması əməlləri, ehtirasları artırıb. Kimsə artıq öz həyatından razı deyil. Bu inkişaf nəticəsində əski əxlaq qaydaları yerində sayacaqmı?

***

Etiqadsız bir adam olmasına, Tanrıdan indiyəcən bir şey ummamasına baxmayaraq dua eləyir: “Ya rəbb, sən uşaqlarımı hifz et!” – deyə əllərini göyə açırdı.

***

Bir çox sadəlövh xəstələr kimi elə sanmışdı ki, insanın iztirabları yatdığı yataqdan, ətrafındakı əşyalardan gəlir və yer dəyişmək onlardan qurtulmaq üçün ən yaxşı çarədir.

***

Zavallı adam uzaqdakı bir qayanı qarşıdan səsləmiş, ondan aldığı şirin cavabların öz yumşaq və nazlı səsinin əks-sədasından başqa bir şey olmadığını anlamışdı. İndi bu qayaya əli toxunur və onun necə bir maddadən hazırlandığını anlayırdı.

***

Pulsuz adam namusunu ən çoxu bir-iki gün qoruya bilər.

***

Çirkinin ağzındakı gözəl söz, acizin ağzındakı haqlı söz qədər boş, faydasız bir şeydir.

***

Fırlanarkən köhnəliyi görünməyən araba təkərləri kimi onun da işləyərkən hiss olunmayan qocalığı bekar qalanda birdən-birə büsbütün aşkar oldu.

***

Nəhayət, anladı ki, qəhvəxana işsizlikdən və ailə qılıqsızlığından doğan iztirablara qarşı sığınılası yeganə guşədir. O da olmazsa, təqaüdçülərin ölməkdən başqa çarəsi qalmayacaqdı.

***

Yoxsulluq Əli Rza bəy üçün gözəl bir məktəb oldu. O, hər şeyi həqiqi rəngiylə, həqiqi çöhrəsiylə görməyə başladı. Artıq kimsə bu pulsuz-parasız qocaya özünü olduğundan başqa cür göstərmək üçün canını əziyyətə salmırdı. Hətta uşaqları belə…

***

– Mən sənin yanında heç nəyəm, oğlum, – dedi. “Neyçün” deyə soruşa bilərsən; çünki mən yaşadığım müddətdə əslində bir şey duymadım, istəmədim. Sən isə çox həssas bir uşaqsan. Hər şeyi anlayırsan, istəyirsən… Belə olduğu halda istədiklərindən öz ixtiyarınla özünü məhrum edirsən. Arazmızdakı fərq budur, əzizim. Bunun üçündür ki, sən məndən çox yüksəksən…

***

Onun fikrincə, eşq halı, vəziyyəti yerində, işi-gücü yolunda olan bir qisim insanların bilərəkdən və könüllü satın aldıqları bir dərd idi. Şövkət kimi işi başından aşan, ağır və ağıllı bir uşaq belə dəliliyi necə eləyə bilərdi?

***

Çox ümidsiz insanlar ağır xəstələrə bənzəyirlər və həyata hər zamankından daha qüvvətlə sarılırlar.

***

Hər bir şey kimi sevmək də pulu, vaxtı, az-çox rahatçılığı olan insanlara məxsus bir imtiyazmış, ata.

***

Bir sözlə, insan olmağa çalışmaq sənə də, mənə də zərərdən başqa bir şey gətirmədi. Baxaq, bir az da heyvanlığı təcrübə edək!..

***

İnsanın səadətini uşaqlarından gözləməsi nə boş xəyalmış, ya rəbbi! Nə edəsən ki, Allah insanları bir cür yaradıb. Uşaqlarımızın hamısını məsud etməyə qüdrətimiz də olsa, əlbəttə birinin səadəti o birisininkindən hansı cəhətdənsə axsayacaqdır… O məsudları dərhal unudacağıq. Övladlarımız içində hansı bədbəxtsə, yalnız onun səsini duyub ağlayacağıq. Bəli, uşaqdan, övladdan səadət gözləmək boş bir xəyaldır.

***

Səsini ucaltmaq canı yanan insanların ən ibtidai haqqı idi.

***

Qalib insanlar üçün səmimi və mərhəmətli olmaq ən asan və təbii bir hərəkətdir.

 

Tərcümə: Vaqif Sultanlı

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook