Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ştefan Svayq “Bir qadının həyatından iyirmi dörd saat”

stefan-svayq-bir-qadinin-heyatindan-iyirmi-dord-saat-kkoAnnotasiya

“Bir qadının həyatından iyirmi dörd saat” (almanca “Vierundzwanzig Stunden aus dem Leben einer Frau”) – Avstriya yazıçısı Ştefan Svayqın 1927-ci ildə qələmə aldığı novelladır. Əsərin baş qəhrəmanı qırx iki yaşlı bir qadındır. Həyatda onun başına gələn ən böyük macəra cəmi bir gün çəkib. Lakin iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, o, bu hadisəni heç kimə danışa bilmir. Utanan, vicdan əzabı çəkən qadın, nəhayət, bir gün iztirablarını dilə gətirir.

Novella 1931, 1944, 1952, 1968 və 2002-ci illərdə ekranlaşdırılıb.

 

Karandaşın izi ilə

Adamların çoxu zəngin təsəvvürlü adamlar deyildi. Haradasa kənarda onlara bilavasitə aid olmayan, onları təngə gətirib, zəhlələrini tökməyən bir hadisə baş verirsə, bu onların hisslərinə heç toxunmur, onları narahat etmir. Yox, əgər əhəmiyyətsiz bir hadisə düz onların burunlarının ucunda baş verirsə, heysiyyətlərinə toxunursa, o saat mənlikləri cuşa gəlir.

***

Ancaq mənim fikrimcə, daha namuslu, düzgün o qadındır ki, adətən, müti halda ərinin qucağına atılıb, onu aldatmaq əvəzinə, öz daxili istək və arzularını daha ehtirasla, daha qətiyyətlə yerinə yetirir.

***

Əgər siz, doğrudan da güman edirsiniz ki, fransızlar deyən kimi, “crime passione” heç də cinayət deyil, onda daha dövlət hüquq qanunları ümumiyyətlə nəyə lazımdır? Onda çətinlik çəkmədən, siz bir vicdanla götür-qoy edin, – deyə o gülümsəyərək zarafatla əlavə etdi, – hər bir cinayətdə ehtiras tapmaq mümkündür və bu ehtirasla da həmin cinayətkara haqq qazandırmaq olar.

***

Siz tamamilə haqlısınız: doğru söz yamaq götürməz, yalan söz isə üz qızardar.

***

Mənim ruhi süstlüyüm nə qədər güclənirdisə, bir o qədər də həyat çarxının sürətlə hərləndiyi yerlərə can atırdım: o yerlərə ki orada adamların heç bir dərd-qəmi yoxdur, özgəsinin ehtirası, gümrahlığı, teatr, yaxud musiqi kimi istər-istəməz adamda müəyyən dərəcədə ruh yüksəkliyi doğurur.

***

…baxışlar məni dumanlı şəkildə, formasız sarı tüstü topası kimi əhatə etmişdi, bunların içərisində mənim gözlərimə yalnız onun alovlu sifəti görünürdü – odlar içərisində parlaq bir alov!

***

Mən o saat başa düşdüm ki, bu adam ölümə gedir! Belə ayağa qalxan bir şəxs mehmanxanaya, restorana, qadın yanına, dəmiryol stansiyasına, bir bəni-insan yanına deyil, bilavasitə özünü uçurumdan atmağa gedər.

***

Yaxud boğulanı xilas etmək üçün üzmək bilməyən bir adamın körpüdən özünü suya atmasını izah etmək olarmı?

***

Mən sizə qabaqcadan dedim ki, bu adam öz hərəkətləri və tərpənişi ilə hisslərini ecazkar bir şəkildə düzgün ifadə edə bilirdi; amma yer üzündə heç bir varlıq, heç nə bütün bu ümidsizliyi, bu dirikən ölülüyü belə dəhşətli şəkildə ifa edə bilməzdi; bu hərəkətsiz sükunət, bu hissiz, tərpənişsiz oturuş, çılğın yağışdan daldalanmaq üçün ayağa qalxıb iki-üç addım atmağa belə iqtidarsızlıq, öz varlığına belə dönük, belə laqeyd münasibət, özünə qarşı belə sonsuz etinasızlıq! Heç bir heykəltəraş, heç bir şair: nə Mikelancelo, nə Dante güclü yağış altında qalıb, ondan xilas olmaq üçün cüzi cəhd etməyə belə taqəti qalmamış, yorulub tamam haldan düşmüş bu canlı kimi mənə ümidsizliyin son həddini, yer üzündəki əzabın son dəhşətini bu cür güclü, bu cür qabarıq şəkildə hiss etdirə, duydura bilməzdi.

***

Çünki müəyyən bir məqsədi olmadan yaşamaq ağılsızlıqdır.

***

O zaman qəlbimi o cür sızladan hiss bütün ümidlərimin boşa çıxması peşmançılığı idi… O, belə itaətkarlıqla çıxıb getdi, heç məni tutub saxlamadan, danışmağa qoymadan, yanımda qalmağa kiçik cəhd də belə etmədən… Mənim «çıxıb gedin» sözlərimə o elə itaətkarlıqla qulaq asdı ki, məni adi bir qadın deyil, öz ürcahına çıxmış müqəddəs bir ilahə hesab etdi.
Bu artıq mənim üçün bir məğlubiyyət idi, elə bir məğlubiyyət ki, onu nə o zaman, nə də ondan sonra etiraf edə bildim, qadın hissiyyatı isə hər şeyi sözsüz və şüursuz anlayır. Ona görə də indi artıq mən öz-özümu aldatmıram, əgər bu adam həmin dəqiqələrdə məni qucaqlasaydı; məndən bir şey xahiş etsə idi, mən onunla dünyanın o başına gedərdim. Öz şərəfimi və uşaqlarımın adını biabır etməkdən çəkinməzdim. İnsanların dedi-qodularına və öz daxili düşüncələrimə məhəl qoymadan madam Anrietin o qədər də tanımadığı cavan bir fransızla qoşulub qaçdığı kimi, mən də onunla çıxıb gedərdim… Mən heç soruşmazdım ki, hara, nə müddətə gedirik, hətta öz keçmiş həyatıma heç ötəri bir vida nəzəri də salmazdım… mən bütün pulumu, ad-sanımı, bütün var-dövlətimi, namusumu bu adama qurban verərdim… Mən dilənməyə razı olardım, yer üzündə elə bir şərəfsizlik olmazdı ki, o, məni buna vadar edə bilməsin. Əgər o, mənə bir söz desəydi, mənə sarı kiçik bir addım atsa idi, məni özü ilə saxlamağa cəhd etsə idi, mən ləyaqət, şərəf, namus adlandırdığımız hər şeyi bir yana tullayardım, özümü bütünlüklə onun ixtiyarına verərdim.

***

Lakin o, geriyə dönmədi. O, məni unutmuşdu, tövbəsini – bir dəqiqə bundan qabaq mənə verdiyi sözü unutduğu kimi.

***

Yenə də təəccüb edirəm ki, heç nəyə qadir olmayan, aciz, gərəksiz bir şeyə axı niyə təmtəraqlı qəlb, ruh, hiss, əzab adı qoyuruq. Əgər bütün bunlar iztirablar çəkmiş bədəni, işgəncə verilmiş cismi məhv edə bilməyəcəksə, əgər elə dəhşətlər görəndən sonra ildırım vurmuş ağac kimi qopub yerə kömülmək əvəzinə hələ nəfəs alıb yaşayacaqdırsa, bunu necə hiss etmək olar.

***

Hər hansı bir ağrı qorxaqdır, o həyatın çağırışı qarşısında acizdir, həyatın hökmü bizim bədənimizdə, ölümün bütün müdhiş ruhundan güclüdür.

***

Lakin zamanın gücü hər şeyə qadirdir. Qocalıq isə qəribədir, bütün hissləri, coşqunluğu azaldır, ölümün yaxınlaşdığını hiss edirsən, onun qara kölgəsini duyursan ki, artıq yolunun üstünə düşməkdədir, hər şey sənə bir qədər solğun, tutqun görünür və hisslərini heç nə dərindən oxşamır, olmuş hadisələr daha səni qorxudub vahimələndirmir.

***

Qocaldım, qocalığın özü də elə keçmişindən bir növ qorxmamaq deməkdir.

 

Tərcümə: Zahid Məmmədov, Həmid Arzulu

4 (80%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook