Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mark Levi “Bir-birimizə demədiyimiz sözlər”

mark-levi-bir-birimize-demediyimiz-sozler-kkoAnnotasiya

“Bir-birimizə demədiyimiz sözlər” (fransızca “Toutes ces choses qu’on ne s’est pas dites”) – Toya iki gün qalmış katibə Culiyaya zəng edir və atasının ziyafətdə iştirak edə bilməyəcəyini deyir. Uğurlu biznesmen, xudbin, illərlə ünsiyyət saxlamadığı atasının bu dəfə həqiqətən yaxşı bəhanəsi var: o vəfat edib. Culiya istər-istəməz baş verənlərin tragikomik tərəfinə diqqət yetirir: atasının həmişə onun həyatına soxulmaq və bütün planlarını alt-üst etmək kimi xüsusu bacarığı olub. Bir göz qırpımında ziyafət yas mərasiminə çevrilir. Və sonradan məlum olur ki, sən demə, atasının Culiyaya hazırladığı sonuncu sürpriz bu deyil…

Karandaşın izi ilə

Siz onunla çoxdan evli bir cütlüyə bənzəyirsiniz: o səni qısqanır. Amma bütün atalar qızlarını qısqanır!

***

Bir də ki, sən yasdasan, yasa isə hər şey güzəştə gedir. Bundan istifadə et!

***

– Ay mənim əzizim, o, bir gündə həm atanı dəfn etməyin, həm də ərə getməyin çox çətin olduğunu anlamalıdır. Hətta əgər sən bunun mümkün olduğunu düşünsən belə, əvvəlcədən sənə deyirəm: başqaları üçün bu fikir tamamilə qəbulolunmaz görünər. İlahi-Pərvərdigara, axı bu, necə ola bilər!?
– İnandırıram səni, Stenli, Allah-Təalanın burada heç bir iştirakı yoxdur: bu tarixi mənim atam özü seçib – yalnız o özü!

***

– Atanın dünən axşam Parisdə ölməyinin məhz sənin toyuna əngəl yaratmaq məqsədi daşımasına inanmıram, amma onu da deyim ki, ölümü üçün belə bir yer seçməsi onun kifayət qədər incə zövq sahibi olduğundan xəbər verir!

***

Haqlısınız, qız uşağı plüş oyuncaq deyil, qəddar əllə vurulan ağır zərbələri həqiqi uşağın üzərində tikib-yamamaq mümkün olmayacaq!

***

Pivə – fiqura üçün ölümdür! Bəlkə bir stəkan qırmızı şərab?

***

Mən, sadəcə olaraq, sənin yanında səni öz “müsbət” keyfiyyətlərilə cəlb edən Adamı yox, bir çox mənfi xüsusiyyətləri olmasına rəğmən, həqiqətən də, ağlını başından çıxara biləcək birini görmək istərdim.

***

Mən heç də yalqız deyiləm, mənim Culiyam, mən dulam, bu isə tənhalıq demək deyil və əgər sevdiyim insan ölübsə, bu onun məni tərk etdiyi anlamına gəlmir.

***

Bir çox insanların evində nə kitabxana, nə də bilyard otağı yoxdur – nə olsun, onlarsız da çox gözəl ötüşürlər!

***

Minlərlə insan itirdiyi ata və ya anası ilə, heç olmasa, daha bir neçə gün keçirməyi arzulayır.

***

Mən həmişə iddia etmişəm ki, müəssisənin uğuru üç ünsürə söykənir: birincisi – kadrlar, ikincisi – kadrlar və üçüncüsü – yenə də kadrlar!

***

Bir saat uçuş məsafəsi olan bir yerə toy səyahəti… sözün açığı, o qədər də ürəkaçan bir fikir deyil!

***

Nə qədər aydın və gözəl olmasından asılı olmayaraq, heç bir günü, zərrə qədər də olsa, istehzasız yaşamaq mümkün deyil.

***

Mənim əzizim, hətta öz bioloji valideynlərini heç vaxt görməyən, tanımayan uşaqlarda belə, gec və ya tez, köklərini axtarıb-tapmaq istəyi əmələ gəlir. Bu onları böyüdüb boya-başa çatdıran, onları sevib-əzizləyən insanlara münasibətdə ədalətsizlik və amansızlıqdır, amma nə etməli, insan təbiəti bu cür qurulub. İnsan, onu kimin dünyaya gətirdiyini bilmədən, həyatda addımlamağa çətinlik çəkir.

***

Culiya, mən səni çox sevirəm, bu isə hər zaman asan olmur.

***

İnam, mənim əzizim – dini məsələdir, vəssalam!

***

İnsan zədə alırsa və onda heç bir ağrı ifadəsi müşahidə olunmursa, bu qeyri-təbiidir.

***

– Sən isə həmişə mənim həyatımı idarə etməyə çalışmısan.
– Nə olar. Bu xəstəlikdən bir çox atalar əziyyət çəkir.

***

Biri var toy, – deyə o, qızına müraciətlə davam edirdi, – biri də var bütün həyatını başqa bir insanla bölüşmək. Bunun üçün böyük məhəbbət, məhəbbət üçün böyük məkan tələb olunur. Bu məkanın qurulub tənzimlənməsilə hər iki tərəf məşğul olur və burada heç birinin yeri darısqal olmamalıdır.

***

Müəyyən yaşa qədər insan başqasına olan məhbbətindən məst olur, əslində isə bu, insanın özünün özünə olan sevgisidir.

***

– Deməli, Adam sənin yanına mənim barəmdə danışmaq üçün gəlmişdi?
– Yox, o mənim onunla sənin barəndə danışmağım üçün gəlmişdi. İnsanlar sevdikləri üçün darıxanda, adətən, belə edirlər.

***

İnandırıcı surətdə yalan danışmaq üçün müəyyən istedad tələb olunur!

***

Bir dost məsləhəti istəyirsən? Ağlına gələn hər şeyi bir kağız parçasına yaz və bütün yazdıqlarının əksini elə!

***

Çox zaman əhəmiyyətsiz bir şey, ya da bir qoxu həmişəlik çıxıb gedənlər haqqında xatirələri beyində yenidən dirildir.

***

Ah, yumor həqiqətin qəfildən insanı haqladığı vaxtda, öhdəsindən gəlmək üçün çox yaxşı bir üsuldur.

***

Bir sözlə, həyat – bir dramdır – mövcud olmanın istənilən başqa bir üsulu kimi üsuldur.

***

Bəzi şeyləri gizlədərək yalan danışmaq çox rəhmli və ədalətlidir.

***

Hər şeyi öz adı ilə adlandırmaqdan qorxma.

***

…məhəbbət həmişə son dərəcə bayağı ifadə olunur.

***

Biz səninlə bir-birimizə nifrət etmək üçün çox gec dünyaya gəlmişik.

***

…axı azadlıq mövcudolmanın ən başlıca təminatıdır və insanların əksəriyyəti azadlıq həsrətindədir, lakin ondan istifadə etməyi bacarmırlar.

***

Yaxın adamların nə üçün və necə öldüyünü kim xatırlayır ki?! Onların necə yaşadığını unutmasınlar yetər!

***

Biz sözləri deyil, susqunluğumuzu paylaşırdıq.

***

Mənə, sadəcə, xoşbəxt olmağım kifayətdir, bunun özü az nailiyyət deyil.

***

Sənə demişəm axı: sözlərdən qorxub-çəkinməməyi öyrən! Axı sözlər, xüsusilə də dəqiq sözlər çox önəmlidir. Məsələn, sən vaxtında mənim gözümün içinə baxa-baxa “Ata, sən alçaq və axmaqsan, heç vaxt mənim həyatımla maraqlanmamısan, sən mənim həyatımı öz yazıq mövcudiyyətinə bənzətməyə çalışan özündən müştəbeh eqoistsən, sən özünü hər şeyi mənim yaxşılığım üçün etdiyinə inandıran, lakin yalnız öz mənfəətini güdən başqa atalardan fərqlənməyən birisən” sözlərini desəydin, bəlkə mən sənin sözlərini eşidərdim. Biz də, beləcə, əbəs yerə bu qədər zaman itirmiş olmazdıq, səninlə dost olardıq. Etiraf elə, biz səninlə dost olsaydıq, əla olardı, deyilmi?

***

Bax ha, aldada-aldada dursan, buna alışa bilərsən!

***

Yaddaş – qəribə bir rəssamdır: o ən parlaq rəngləri və ən ifadəli siluetləri saxlayaraq, həyat boyalarını yeniləşdirir, tutqun çalarları isə hafizədən silib aparır.

***

Yalnız axmaq adamlar heç bir zaman fikirlərini dəyişmirlər.

***

Özün dediyin kimi, o dünən idi, dünən – dünəndə qaldı, bu gün isə mənə heç nə lazım deyil. Biz qadınlar beləyik – hərdəmxəyalıq, siz kişilər isə, sadəcə, axmaqsınız!

***

Ümumiyyətlə, Tomas, iltifat və nəzakət çox nadir bir xüsusiyyətdir və qadınlar onu çox dəyərləndirir. Lakin səni əmin edirəm ki, kişini əldə saxlamaq üçün bu, çox azdır.

***

Çalış yanılmayasan, Culiya, – həyatını asanlıqla məyusluq və peşmanlığa dönə biləcək xatirələr üzərində qurma! Xoşbəxtlik azacıq da olsa, nə isə müəyyən bir şeyə əsaslanmalıdır. Bir də unutma ki, bundan sonra müstəqil seçim etməlisən. Sənin əvəzinə qərar vermək üçün artıq mən yanında olmayacağam, hərçənd, sən çoxdandır bütün qərarları özün verirsən. Bircə tənhalıqdan özünü gözlə, ondan insana yoldaş olmaz.

***

…halbuki həyatımın ən dəyərli teatrı məhz sən idin…

***

Lakin ən əsası – mənim əziz Culiyam – odur ki, heç bir ata, heç bir ana övladlarına olan dərin məhəbbətdən, güclü bağlılıqdan nə bir şöhrət, nə də bir mənfəət güdür, zira əsl sevgi təmənnasız və şərtsizdir – biz, sadəcə, sevdiyimiz üçün sevirik.

***

Deyirlər ki, iki sevgilinin fikirləri nə zamansa qarşılaşır.

***

Mən həyatımda heç vaxt bu cür möhkəm, bu cür ehtiraslı, bu cür fədakarcasına aşiq olmamağa and içdim.

***

Sevgidə insanı ən çox acıdan qorxaqlıq üzündən aldadılmasıdır.

***

Ay gözüm-canım, o biri adamın hansı şəhərdə və ya dünyanın hansı hissəsində olduğunu bilmək yox, onun sənin qəlbində hansı yeri tutduğunu özündə ayırd eləmək vacibdir. Və səhvlərin də heç bir əhəmiyyəti yoxdur, əzizim Culiya, önəmli olan bizim əldən verdiyimiz zamandır.

***

…həyat taleyə, qismətə azacıq da olsa, inanan adamlara qəribə işarələr göndərir.

***

Culiya, insan öz uşaqlığını istədiyi qədər lənətləyə bilər, bütün uğursuzluq, zəiflik və qüsurlarında valideynlərini qınaya bilər, onları sərt həyat sınaqlarında təqsirli tuta bilər, lakin son nəticədə hər bir insan taleyinə özü cavabdehlik daşıyır və özü olmaq istədiyi adam olur.

***

Uşaqlar və valideynlərin üz-üzə gəlmələri üçün bəzən illər tələb olunur.

Tərcümə: Ruhiyyə Məmmədova

Topladı: Jalə Əsədova

4.9 (97.16%) 141 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook