Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ken Qrimvud “Təkrar”

kko_ken_qrimvud_tekrarAnnotasiya

Əsərdə hər dəfə ölüb, 1963-cü ilə qayıdan və 18 yaşlı vücudda dirilən 43 yaşlı kişidən bəhs olunur. Sonra o, həyatının əvvəlki 25 ilinin silinməmiş xatirələri ilə yenidən yaşamağa başlayır. Bu vəziyyət müxtəlif hadisələrlə hər dəfə təkrarlanır. Bu ideya əvvəllər Richard A. Lupofun 1973-cü ildə qələmə aldığı “12:01” hekayəsində istifadə olunmuşdur.

Karandaşın izi ilə

…bir məqsədin və ümidin əlindən alınmasının acısı.

***

…yaz mövsümünün sürgünə göndərildiyi bir dünyada.

***

“Məsumluq nə qiymətli bir şeydir”, deyə düşündü, “havalanmış bir dünyanın vurduğu yaralardan bixəbər olmanın gözəlliyi”.

***

Xatırlayan zehin oyaqdır.
Ruhu anlayırlar.
Hər şeydən bixəbər olanlara görə isə o qaranlıq bir gecədir:
Bixəbər olanlar öz həyatlarında oyaqdır.
Onu gün işığı sanarlar.
Gələcəyi görənlər üçün isə o zülmətdir.
Zülməti aydınlığa qovuşdura bilərik.

***

Haqq-hesab olunmamış bir həyatı yaşamağa dəyməz. Platon

***

Biz – sadəcə sən və mən yox, bu toplumdakı hər kəs zalımlıqla birgə yaşayır. Hər an ölüm təhlükəsi ilə burun-buruna. Bizi həqiqətən təhdid etdiyi vaxtlar xaric, demək olar ki, özümüzü görməməzliyə vururuq.

***

Sonra stuldan qalxdı və məkanın içindən, illərin içindən Cefin onu gözləyən qollarına tərəf getdi.

***

Bəzən yalnızlığı da paylaşmaq olur.

***

…nə də olsa Cefin ona verə biləcəyi ən böyük hədiyyə bir yalan idi.

***

Hər həyatda itki var. Bununla mücadilə çox illərimi aldı və sözün düzü, heç vaxt boyun əyməyəcəm. Amma bu halda dünyaya arxa çevirməyimiz vacib deyil, ya da bu, əlimizdən gələnin ən yaxşısını eləmək və ən yaxşı olmaq üçün mübarizə aparmağımızı yarımçıq qoymağımız üçün əngəl deyil.

***

Növbəti musiqi bluzun özünü anladır. Bilirsiz də heç bir şeyi olmayanlar üçün bluz var və bu qəmli bir bluzdur. Amma ən kədərli bluz istədiyi hər şeyə sahib olub, sonra onu itirən və bir daha əsla geri gəlməyəcəyini bilənlər üçündür. Bu dünyada bundan da böyük acı yoxdur. Və biz bluzun bu növünə “hər şeyə sahib idim, amma indi hamısını itirdim” deyirik.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram