Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Eziz Nesin “Bir sürgünün xatirələri”

kko_eziz_nesin_bir_surgunun_xatireleriAnnotasiya

“Bir sürgünün xatirələri” (türkcə “Bir Sürgünün Anıları”)- müharibə dövründə həbsdən bir müddət sonra Bursaya göndərilən Əziz Nesin çəkdiyi əzab və sıxıntılardan danışır

Əsərdən seçilmiş hissələr

Hətta ən əzablı günlər də illər ötdükdən sonra budaqda qalıb sulanmış meyvə kimi şirinləşir.

***

Düşünmək, sevmək, gülmək…Həyatda əsas bunlardır…Yerdə qalanlar hamısı boş şeylərdir…

***

Yalnız məntiq olan yerdə niyənin cavabı tapılar.

***

Siyasi xadimlər – onların qəlbləri də əlləri kimi ləkəlidir.

***

Dərdi, kədəri olan insanlar üçün axşamlar daha cansıxıcı keçir.

***

Böyük ümidlərlə qurduğum və xoşbəxt olduğuna inandığım bir şey uçulub dağılır, parça-parça olub barmaqlarımın arasından tökülür, mən onları tutmağa çalışır, ancaq tuta bilmirdim.

***

Biz hamımız həyatda əvəzini çıxa bilmədiyimiz yaxşılıqlar görmüşük. Bu yaxşılıqların əvəzini çıxmaq istəsək də çıxa bilmərik. Deyək ki, ən çətin vaxtımızda bir nəfər kiçik bir yaxşılıq edib bizi bu vəziyyətdən qurtarır. Bu yaxşılığın min qatını etsək də yenə onun əvəzi olmayacaqdır. Çünki bizim düşdüyümüz çətin vəziyyət eyni ilə bizə yaxşılıq edənin başına gəlməz.

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook