Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Fransuaza Saqan “Salam, kədər”

kko_fransuaza_saqan_salam_kederAnnotasiya

“Salam, kədər!” (fransızca “Bonjour Tristesse ”) – roman 1954-cü ildə fransız yazıçısı Fransuaza Saqan tərəfindən qələmə alınmışdır.
Əsərdə həyatın bütün əyləncələrindən dadmaq istəyən cavan qızdan danışılır. Anasını çox erkən yaşlarında itirən Sesil uzun müddət monastır pansionunda təhsil alır. Gedonist və arvadbaz olan atasının yanına qayıtdıqdan sonra heç bir qayda-qanuna sığmayan, məsuliyyətsiz həyat tərzi keçirməyə başlayır. Ancaq bir gün onların həyatına Anna daxil olur. Anasının rəfiqəsi olan bu qadın ağıllı, gözəl və diktator ədalıdır.
Bu əsər katolik Fransasında geniş rezonansa səbəb olmuşdur. Nəşr zamanı yazıçının cəmi 19 yaşı var idi. O vaxta qədər heç kimə tanış olmayan Fransuaza Saqanın bu əsəri milyon tirajla buraxıldı və ona yarım milyon frank qonorar gətirdi. Kitab 22 dilə tərcümə edildi. 1958-ci ildə amerikan rejissoru Otto Preminqer bu povesti ekranlaşdırdı.

 

Karandaşın izi ilə

Əsərdən seçilmiş hissələr
Xudahafiz, kədər
Və salam kədər.
Sən tavanın künclərinə həkk olmusan,
Sən sevdiyim gözlərə həkk olmusan,
Hələ ki tam bədbəxtlik deyilsən.
Axı hətta bu solğun dodaqlarda
Səni təbəssüm ələ verir.
Belə ki salam, kədər
Sevimli bədənlərin sevgisi
Məhəbbətin qüdrəti.
Zərifliyi cismani yırtıcı kimi yaranan
Gözəl simalı kədərin rədd edilmiş bədəni. (Pol Elür)

***

Tanış olmayan, hiyləgər həsrətlə məni addımbaşı izləyən hiss… Ona gözəl və əzəmətli kədərin adını verməyə ürəyim gəlmir. Bu, hər şeyə üstün gələn, elə xudbincəsinə bir hissdir ki, demək olar ondan utanıram. Kədərə isə həmişə hörmət etmişəm. Əvvəl onu duymamışam – sıxıntı bilmişəm, pərtlik bilmişəm, daha gec-gec isə təssüf yaşamışam. İnsi isə o, əsəbləşdirici və zərif ipək kimi məni bürüyür və başqalarının əlindən alır.

***

Fikirləşirdim ki, vaxt belə axıb gedir. Və bu sadə fikirdir. Və sadə fikirlər xoş təəssürat bağışlayır.

***

Belə ki, mən kobud, özlərinə və cavanlıqlarına aludə olmuş: onlar bunda gərgin yaşamlarının mənbəyini və ya sıxıntı səbəblərini görürdülər – universitet tələbələrindən gen gəzirdim.

***

Baxmayaraq ki, atamın fiziki eybəcərliyə duyduğu nifrəti – vaxtımızın çoxunu axmaqlar mühitində keçirməyimizə səbəb olan nifrəti bölüşmürdüm, ancaq yenə də, hər cürə xarici cazibədarlıqdan məhrum olmuş insanların iştirakı məndə nəsə narahatlıq, adamayovuşmazlıq oyadırdı.

***

Sən Annanı maraqlandıra biləcək kişilərdən deyilsən. O çox ağıllıdır və özünə çox hörmət edir.

***

Annanın iştirakı, atamla fikir verməyə öyrəşmədiyimiz – əşyalara müəyyənlik, sözlərə məna verirdi.

***

Üzümə nəfis intellekt küləyi əsdirən ifadələr var. Hətta axıra kimi başa düşməsəm də onlar məni məftun edir.

***

Əvəzində faciə üçün lazım olanların hamısı bizdə var: hamını başdan çıxaran kişi, yüksək cəmiyyəti təqlid edən yüngül əxlaqlı xanım və dərrakəli qadın.

***

Bu ayrı-ayrı hisslərin bir-birini əvəzləməsi deyil… Bu tamam başqa şeydir. Bu daimi zəriflik, bağlılıq, kiməsə ehtiyacdır… Siz bunu başa düşməzsiniz.

***

– Siz uşaqların necə peyda olduğunu bilirsinizmi?
– Əlbəttə, amma sizin kimi yaxşı yox.

***

Anna mənim fikir yürüdən məxluq olduğumu, ümumiyyətlə, qəbul etmək istəmirdi.

***

İstədəyini düşünmək, pis düşünmək və ya heç düşünməmək, xoşladığın kimi yaşamaq, xoşladığın kimi olmaq haqqı…

***

Özünütəhlilin bütün əzab-əziyyətlərinə sinə gəldim.

***

Beynimdə onun özünü aşiq olmuş kimi yox, küçə qadını kimi aparmağı ilə bağlı fikir oyandı. Ancaq bu gözəlliklə o özünə bu cür hərəkəti icazə verə bilərdi.

***

– Anna, mən sizi sevirəm, təkcə sizi sevirəm. Siz mənə inanırsınız?
– Belə tez-tez təkrarlamayın, yoxsa qorxmağa başlayıram…

***

Kişinin bütün həyatını bir qadına həsr etməsi axmaqlıqdır!

***

Siz gələcək haqda nadir halda düşünürsüz. Düzmü deyirəm? Bu cavanlığın üstünlüyüdür.

***

Onlarla mübarizə etmək əvəzinə, öz qısa yaddaşım və yüngül ağlımdan sallanmaq məcburiyyətində qalmaqdan xoşum gəlmir.

***

Rəhm – xoş duyğudur, onun qarşısında dayanmaq, hərbi orkestr musiqisi qarşısında dayanmaq kimi çətindir.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook