Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yanuş Vişnevski “Şəbəkədə yalnızlıq”

kko_yanush_vishnevski_shebekede_yalnizliqAnnotasiya

Polyak yazıçısı Yanuş Vişnevskinin debüt romanı. Həqiqətə çevrilən virtual sevgi hekayəsi. Qəhrəmanlar internet-çatda tanış olurlar, bir-birləri ilə həyatları, taleləri, erotik fantaziyaları, problemləri haqda bölüşürlər. Bir çox maneələri dəf edib Parisdə görüşürlər. Ancaq qarşılarına çıxan ən böyük maneə elə görüşləri olur.

 

Karandaşın izi ilə

Əbədi olanlardan ən tez öləni sevgidir.

***

Ağlamağı heç kimin narahat etmədiyi vaxta saxlamaq lazımdır. Yalnız bu zaman sakitləşmək olur.

***

Eskimosa gündə qaralma kremi satmaq çətin məsələdir.

***

Bəlkə əsas kiminləsə yatağa girmək deyil? Bəlkə daha önəmlisi səhər birgə yuxudan ayılıb bir-birinə çay hazırlamaqdır?

***

O elə nikbin idi ki…onun yanında inanırdım ki, atam anamı sevir, amma bunu göstərə bilmir. Hətta anam da heç vaxt buna inanmayıb. Onun psixoterapevti də.

***

Onunla bütün yolların sonuna çatmışdım.

***

“Bilməmək” – “təhlükə içində yaşamaq” deməkdir.

***

O, mənə hər şeyi verir, əvəzində heç nə istəmirdi. Tamamilə heç nə. Nə bir vəd, nə bir and, nə bir əhd. Bu, onun yeganə və böyük çatışmamazlığı idi. Belə mehriban, sadiq, sevən, əvəzolunmaz biri olub da heç bir vəd gözləməyən kişi…qadın üçün bundan ağrılı heç nə ola bilməz. O sadəcə həyatımda mövcudluğunu davam etdirir və bunun əbədiyyən belə olacağına məni inandırırdı. Lakin bu “əbədiliy”in standart əhd-peymansız uzun çəkməyəcəyindən qorxurdum.

***

Onu sevdiyimə görə ona bədbəxtlik arzulaya bilmirdim. Elə bu səbəbdən də ağrı-acı çəkirdim.

***

Qadınlar xatirələrilə yaşayır, kişilər unutduqları ilə.

***

Sutkada orta hesabla 24 saat kədərlə mübarizə aparıram.

***

– Və? Psixiatr kömək oldu sənə?
– Psixiatrın özü yox. Ancaq onun qəbul otağında eşitdiklərim çox kömək oldu.

***

Kişilər o qədər şöhrətpərəstdirlər ki, internetdə tanış olduqları qadının da gözəl olmasını istəyirlər.

***

İlahi, itim məni necə insan hesab edirsə, elə biri olmağıma kömək et!

***

Başqalarından müdrik ol və bunu onlara göstərmə.

***

Biri üçün qarşılıqsız darıxmaqdan haqsız heç nə yoxdur.

***

Sənsiz dünyam birdən elə səssiz oldu ki…

***

Səndən əvvəl heç bir “əvvəl” olmayıb.

***

Heç bilirsən ki, kitablar bint və gips ola bilər?

***

Sevginin tərkibində əzab çəkmək var. Dostluqda -yox. Sevgi birtərəfli ola bilər. Dostluq – heç vaxt. Sevgi qürur, xudpəsəndlik, görməmişlik və nankorluqla özünü göstərir. O heç bir fədakarlıq tanımır və heç bir əməyə görə diplom paylamır.

***

Kəlmələrlə də toxunmaq olar…əllərin etdiyindən daha incə…

***

Səhərlərə nifrət edirdim. Onlar mənə gecələrin sonu olduğunu və yenə öz fikirlərimlə birtəhər yola getmək lazım gəldiyini xatırladırdı.

***

İdrak: Gülüşlə problemim var. Biz bir-birimizi qarşılıqlı itələyirik. Çünki o, məni ciddi görkəmimdən məhrum edir.
Ürək: Sevgiyə nifrət etdiyindən belə danışırsan. Səni başa düşürəm. Axı o gələndə səni söndürürlər.

***

Boğazı azacıq yandıran yüngül kədər. Və dərhal da sevinc. Ağlamaq istərcəsinə vəhşi bir xoşbəxtlik. Ardınca həqiqətdən çox uzaq ruhlanmaq. Sonra yumşaq, elə hey davam edən narahatlıq. Və bütün bunlara ağalıq edən toxunmaq istəyi. Ona toxunmaq. Bircə anlıq, özüdə dodaqlarla!

***

Ən cazibədar kişi qulaq asmağı bacarandır.

***

Çünki sənə yazmağı sevirəm. Səbəblər də çoxdur. Və bunlardan biri də, istəyirəm biləsən ki, səni düşünürəm. Kifayət qədər eqoistik səbəbdir, lakin bunu heç bir vəchlə inkar etmək istəmirəm. Sənin haqda isə tez-tez və çox düşünürəm. Daha doğrusu, istənilən şəraitdə bu düşüncələr mənə yoldaşlıq edir. Heç təsəvvürünə belə gətirə bilməzsən onlarla mənə necə xoşdur. Sənə minnətdaram: bütün ciddiyyətim və həyəcanımla. Minnətdaram ki, sən varsan və mən də var ola bilirəm.

***

İstəyirdi ki, yalnız onu düşünsün – sevinəndə, qərar qəbul edəndə, narahat və ya kefsiz olanda. Bəyəndiyi hər hansı bir musiqiyə qulaq asanda, hər hansı bir lətifəyə ürəkdən güləndə və ya hər hansı bir kinoya baxıb kövrələndə belə yalnız onu fikirləşsin. İstəyirdi alt paltarı seçəndə də, ətir və ya saç rəngi alanda da onu xatırlasın. Küçədə öpüşən cütlüklərdən nəzakətlə baxışlarını yan çəkəndə də onu düşünsün. Səhər yuxudan oyananda ilk fikri, gecə yatmamışdan qabaq son fikri də o olsun.

***

Bundan ölürlərsə, deməli, bahalı şeydir.

***

Kişi qüruru həssaslıqla birləşəndə hər addımda sızlayan daban yarasına çevrilir…gəzmək isə vacibdir.

***

Yuxuda gördüm ki, özünüzü asmısınız. Heç inanmazsız, ayılanda necə xoşbəxt idim. (Heç təsəvvürünüzə gətirə bilməzsiniz, necə sevincək yuxudan ayıldım.)

***

Hərdən bəziləri o qədər bəxtsiz olur ki, onları həyata göz açmamış alçaldırlar.

***

Niyə o belə gecikib? Həyatıma belə gec gəlib? Bircə “bəli”lik yubanıb.

***

Əgər itlərin danışıq qabiliyyəti olsaydı, onlar özlərinə sığışdırıb insanlarla heç kəlmə də kəsməzdilər.

***

O, fasilələrlə iştirak etməkdənsə, tamamilə iştirak etməməyi üstün tuturdu.

***

Caz – qaraların quldarlığa görə ağlardan aldığı qisasdır.

***

İstərdim biləsən ki, mənə toxunan yeganə kişi sənsən. Xəyallarımda belə. Yəqin bunu bilməyin üçün yox, sadəcə etiraf etmək üçün söylədim.

***

Bir vaxtlar “sənin üçün darıxıram”ın nə demək olduğu haqda mübahisə edirdin.
Təqribən bu, hərdəmxəyallıq, fikirli olmaq, musiqi, bunu hiss edə bildiyimə görə təşəkkür, var olduğun üçün sevinc və ürək nahiyyəmdə istilik deməkdir.

***

Elə həmin gecə o öldü. O ağlamadı. Bacarmadı. Göz yaşları bir-neçə gün sonra – yasdan qayıdıb hamamda onun xalatını, diş fırçasını, çarpayının yanındakı stolun üstündə isə oxuyub qurtarmadığı kitabın əlfəcinini görəndə – gəldi.

***

Heç bir qoruyucu-mələyə ehtiyac yoxdur. Axı anaları onlarladır…

***

Bu eşq macərası deyil! Yüz dəfə böyük şeydir. Eşq macərası? Elə səslənir ki, elə bil… Onların münasibətinə eşq macərası demək, tikintiyə betonu “rols-roys”da daşımağa oxşayır. Belə baxanda mümkündür, amma axmaqcasına bir hərəkətdir.

***

İçimdə elə şeyləri oyatdın ki, heç onların mövcudluğu haqda xəbərim də yox idi.

***

– Bu vaxt burda neyləyirsiz?
– Görmürsüz məgər? Ağlayıram.
– İcazəniz var?
– Yox. İcazəsiz ağlayıram.

***

Axı niyə hamı məni tərk edir? Niyə?
Tap məni.
Bir il əvvəl tapdığın kimi.
Xahiş edirəm tap məni! Xilas elə!

***

Qadınla söhbət. Onu atmış, tərk etmiş və bağışlanmasını xahiş edən bir qadınla. Və o bağışladı, lakin unuda bilmədi. Və ona məktublar yazdı. Hər gün. Elə yazdı ki, sanki o qadın hələ də onun həyatındadır. Nə bir kəlmə peşmançılıq, nə də narazıçılıq, cavabsız suallar. Qadının əvəzinə də verdiyi suallara cavab. Heç onları oxumayan bir qadına məktublar. Qayğı, zəriflik dolu. Şikayətsiz, lakin hərdən yalvarışa bənzəyən xahişlərə bürünən məktublar.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram