Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Cek London “Əcdadların harayı”

kko_cek_london_ecdadlarin_harayiAnnotasiya

Alyaskada qızıl əldə etmək üçün güclü əzələli və sıx xəzi olan itlərə ehtiyac olduğundan Bak adlı gözəl iti oğurlayırlar. Vəhşi təbiətin amansız guşələrində Bak və Cek Tompson əsas sərgüzəşt qəhrəmanlarına çevrilirlər. Əcdadların harayı Bakı canavarlara tərəf səsləyir, ancaq yanında can verən sahibi var. Bu xeyirxah heyvan hansı seçim üzərində dayanacaq?

Əsərdən seçilmiş hissələr

Qədim sərsəri duyğular
Qırır adət zəncirini.
Vəhşi qalxıb yuxusundan
Tutur yenə öz yerini.

***

Demə, həyat beləymiş! Onda ədalət deyilən şey yox imiş! Bircə dəfə yıxıldın, qurtardı getdi, deməli, axırın çatdı. Odur ki, möhkəm dayanmaq lazımdır!

***

Ancaq axmaq adam risk edər. Axmağınkı isə həmişə gətirir.

***

Dəlini dəlilik etməkdən çəkindirmək faydasız şeydir.

***

Düşmənə rəhm etmək zəiflik əlamətidir.

***

Ürəyiyumşaqlığın arxasında ölüm durur.

***

O, ölümün nə olduğunu bilirdi. Bilirdi ki, bu vaxt insan hərəkət etməkdən qalır, sonra isə dirilərin cərgəsindən əbədi ayrılır.

4.4 (88.89%) 63 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook